Mobil versiya
Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyıb
Tarix: 12-10-2022 | Saat: 17:41
Bölmə:Ölkə | çapa göndər

Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıyıb

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Zirvə Toplantısında iştirak etmək üçün həmin gün Praqada səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli və dördtərəfli görüşlər keçirib.

Bu görüşlərdən sonra cənab Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibəsində ölkəmizin mövqeyi və Ermənistanla sülh sazişinin imzalanması yönümündə atılan addımlar barədə əhatəli açıqlamalar təqdim etmişdir. İlk növbədə dövlətimizin başçısı ölkəmizə qarşı olunan bütün haqsızlıqlara, törədilən terror və cinayət əməllərinə rəğmən Azərbaycanın yenə də düşmənçilik səhifəsini qapatmaq niyyətini bəyan etdi. Təbii ki, bunun üçün Ermənistan da adekvat addımlar atmalı və ilk növbədə 2020-ci ildə imzaladığı 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. O cümlədən kommunikasiyaların açılması da vacib şərtlərdən biridir. Jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı bildirdi ki, kommunikasiyaların açılması məsələsi mümkün sülh müqaviləsinin hissəsi ola bilməz. Çünki bu gün kommuniukasiyalar əslində artıq açılmış olmalı idi. Ona görə ki, buda Ermənistanın 2020-ci ildə üzərinə götürdüyü, amma bu günədək hələ də yerinə yetirmədiyi öhdəliklərdən biridir. Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın öz ərazisindən Naxçıvana könüllü olaraq keçid verməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır və bu məsələ ilə bağlı ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə Azərbaycanın təklifi ilə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək.

Qeyd olunmalıdır ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı artıq razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki komissiyasının göndərilməsinə razılıq verib və artıq bu missiya öz işinə bu aydan etibarən başlayıb. Növbəti iki ay müddətində bu təsisatın fəaliyyətinin etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəyi nəzərə alınaraq, Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib.

Praqada Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Görüşün nəticəsində verilmiş və mahiyyət etibarı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, ölkəmizin suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Sözsüz ki, bu Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirilməlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024