Mobil versiya
YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi -Fotolar
Tarix: 12-10-2022 | Saat: 12:18
Bölmə:Ölkə | çapa göndər

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi

AİA.Az xəbər verir ki, 11 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni “Ə.Seyidov küçəsi 8A” ünvanı ərazi partiya təşkilatı təsis edildi.

Təsis iclası başlamazdan əvvəl müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ərəfəsinə təsadüf edən iclasda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, partiyanın VII qurultayından sonra partiya həyatında aparılan islahatlardan ətraflı danışdı.

Təsis iclasında təşkilati məsələyə baxıldı, Bayram Qasımov “Ə.Seyidov küçəsi 8A” ünvanı ərazi partiya təşkilatının sədri, Nəsimi İsmayılov isə sədr müavini seçildilər.
Sonda rayon təşkilatının sədri yeni seçilən tərkibi təbrik edərək, vacib tapşırıq və tövsiyyələrini verdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024