Hamilə qadınlar diqqətli olsunlar
Tarix: 20-06-2015 | Saat: 17:40
Bölmə:Qərbi Azərbaycan / Manşet | çapa göndər
Hamilə qadınlarda vaxtından əvvəl baş verən doğuş (tam 37-ci həftəyədək olan doğuş) qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Bu əməliyyat klinik göstərişlərə görə yalnız seçim metodudur.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə hər 100 doğuşa 5-18 arasında tərəddüd edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Azərbaycanda vaxtından əvvəl doğuşların göstəricisi hər 100 doğuşa 8,5 təşkil edir.
Hamiləliyin 22-27 həftəsində 10%-ə yaxın uşaq doğulur ki, bu halda perinatal xəstələnmənin və ölümün göstəriciləri son dərəcə yüksək olur. Hamilələyin 28-33 həftəsində 20%-ə yaxın uşaq, 34-37 həftəsində 70%-ə yaxın uşaq doğulur. Daha erkən müddətdə doğulanlar ilə müqayisədə 34-37 həftəsində doğulanlar arasında yenidoğulmuşların infeksion xəstələnmələri əhəmiyyətli dərəcədə azdır. Hamiləliyin uzadılması bu müddətdə perinatal ölüm göstəricisinə əhəmiyyətli təsir göstərmir.
Erkən neonatal ölümlərin 60-70%-i, nevroloji xəstəliklərin, o cümlədən, uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50%-i vaxtından əvvəl doğulmuşların payına düşür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024