Mobil versiya
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana təşəkkür edib
Tarix: 25-07-2022 | Saat: 12:33
Bölmə:Gündəm | çapa göndər

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana təşəkkür edib

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını təqdir edirəm. Gəlin gənclər platformasını gücləndirək, hamı üçün inkluziv və layiqli həyat üçün zəmin yaradaq.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimində iştirakçılara ünvanladığı müraciətində BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib.

O, sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
Ətraflı
Ad - 00:09

Gənclərin qlobal dayanıqlılığın inkişafına töhvə verdiyini diqqətə çatdıran A.Şahid postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyi bildirib.

O əlavə edib ki, Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025