Mobil versiya
Hulusi Akar Şoyqu ilə yenidən görüşəcək
Tarix: 23-07-2022 | Saat: 09:41
Bölmə:Gündəm | çapa göndər

Hulusi Akar Şoyqu ilə yenidən görüşəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirmək niyyətindədir.

AİA.Az Trend-ə istinadən bildirir ki, bu barədə H.Şoyqu "CNN Türk" telekanalının efirində bildirib.

"Bir müddət sonra Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşümüz olacaq. Onların seçdikləri kadrları ən qısa zamanda mərkəzimizə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək", - deyə H.Akar bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025