Mobil versiya
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.
Tarix: 22-07-2022 | Saat: 12:05
Bölmə:Gündəm | çapa göndər

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.

2006-cı ildə Anlaşma Memorandomu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Neft hasilatı ilə başlanıldı, sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi boru kəməri sistemini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırdı. İki ildən az müddətdə Cənub Qaz Dəhlizinin tam gücü ilə işlənməsi və bütün seqmentlərin istismar olunması, bu əməkdaşlığın müsbət nəticəsidir.
Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanın bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən artıq yüksək qiymətləndirilir. Artıq külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanılıb və ilkin qiymətləndirmə aparılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Nəhəng resurs ehtiyatlarımızın və gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımızın sayəsində qazın hasilatını artıracağıq və bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edecəyik. Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olcağıq..
Anlaşma Memorandumunun 3 məqamı vurğulanıbdır. Birincisi, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Məqsəd bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdırmaqdır.
Memorandumdakı ikinci mühüm məqam bərpa olunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Azərbaycan yanacaq növlərinin təchizatı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpa olunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Buraya metan qazının tullantıları da daxildir. Memorandumda bütün qaz təchizatı zəncir boyu metan qazının tullantılarının azadılması ilə bağlı öhdəlik nəzərdə tutulur. Bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycanının da bu qlobal metan öhdəliyinə qoşulmağı dəvət edilir.
Cənab Prezident İlham Əliyev və Xanım Prezident Ursula Fon der Lyaye ilə əlaqələr və əməkdaşlığın bütün aspektləri müzakirə edildi. Bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə inkişaf edəcək və daha da uğurlu anlaşmaların imzalanmasına söz verildi.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, T.İsmayılov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Şərifova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025