Mobil versiya
Türkiyə vətəndaşı Xocavənddə MİNAYA DÜŞDÜ
Tarix: 14-07-2022 | Saat: 17:22
Bölmə:Gündəm | çapa göndər

Türkiyə vətəndaşı Xocavənddə

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan aia.az-a bildirilib ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025