Mobil versiya
Cəbrayılda yük maşını minaya düşdü, sürücü xəsarət aldı
Tarix: 14-07-2022 | Saat: 17:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Cəbrayılda yük maşını minaya düşdü, sürücü xəsarət aldı

Cəbrayılda “Azərsun"un maşını mina düşüb, sürücü xəsarət alıb.

aia.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025