Mobil versiya
"Səlimlə görüşməyimizə icazə vermirlər" - Atasından AÇIQLAMA
Tarix: 14-07-2022 | Saat: 16:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Səlimlə görüşməyimizə icazə vermirlər" -

Bildiyiniz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov uzun müddətdir ki, səhhətindəki problemlərlə əlaqədar xəstəxanada müalicə alır.

Sabiq nazirin atası Yanvar Müslümov "Unikal"a açıqlamasında oğlunun hazırki durumundan danışıb:

"Səlimin vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Onunla görüşməyimizə icazə vermirlər. Durumu ağır olaraq qalır. Hamımız narahatıq. Dua edirik ki, oğlum tezliklə sağalsın", - deyə o bildirib.

Xatırladaq ki, Səlim Müslümov ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Cari ilin may ayında isə ev dustaqlığına buraxılıb. Sabiq nazir ürək-damar xəstəliklərindən əziyyət çəkir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025