Mobil versiya
Vətən Müharibəsi Şəhidi Vəliyev Müslüm Vəliağa oğlunun doğum gününə həsr olunmuş Şahmat üzrə Açıq Rayon Birinciliyi keçirildi - FOTOLAR
Tarix: 04-07-2022 | Saat: 17:03
Bölmə:İdman | çapa göndər

Vətən Müharibəsi Şəhidi Vəliyev Müslüm Vəliağa oğlunun doğum gününə həsr olunmuş Şahmat üzrə Açıq Rayon Birinciliyi keçirildi

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər Gənclər Evində Şəhid Vəliyev Müslümün doğum gününə həsr olunmuş Şahmat turniri keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, şəhidin qardaşı Murad Vəliyev, 3 nömrəli Respublika Şahmat Məktəbinin baş hakimi, həmçinin şəhidin müəllimi olmuş Gülzar Kərimova iştirak edib.

Tədbirin sonunda Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və şəhidin qardaşı Murad Vəliyevin iştirakı ilə oyun iştirakçılarına diplomlar verilib.

Həmçinin tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən Şahmat üzrə Rayon Açıq Birinciliyindən Şəhidin ailəsinə "XATİRƏ DİPLOMU" təqdim edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024