Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir
Tarix: 04-07-2022 | Saat: 10:54
Bölmə:Gündəm | çapa göndər
Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük rola malikdir. Hal-hazıra kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılıb və bu layihələrinn reallaşmasına Azərbaycan da özünün töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverənliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Ölkə rəhbəri Sammitdə çıxış edərək Xəzər dənizinin strateji əhəmiyyəti, Xəzər dənizinin bugünkü ekoloji problemləri, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və və digər vacib məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə, zəngin təbii resurslara və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malik bölgə kimi səciyyələndirir. Azərbaycan öz növbəsində region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Cənab Prezidentimizin Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. İndiyə qədər Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırılmışdır ki, bu layihələrin həyata keçirilməsində Azərbaycan da özünün sanballı töhfələrini vermişdir. Azərbaycanın hazırda Avrasiya məkanı üçün mühüm nəqliyyat-logistika mərkəzi olması heç kim üçün sirr deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycandan keçməklə daşınan yüklərin həcminin ildən ilə artması bu səmərəli fəaliyyətin əsas göstəricisidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqdadır. Bu Limanın inşa olunması Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə növbəti dəstəyidir. Eyni zamanda şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsindən sonra da bölgədə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı şərait yaranmışdır.
Hazırda ölkəmiz tərəfindən azad olunmuş ərazilərimizdə avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə fundamental işlər aparılır.Həmçinin nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövəltərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Digər mühüm məsələ isə Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının danılmaz roludur. Bu baxımdan 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Ötən dövr ərzində isə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası da möhkəmlənir. Təhlükəsizlik, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.
Cənab Prezidentin də ifadə etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Ən əsası isə bu nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bütün bu qarşılıqlı əməkdaşlıq mühiti gələcəkdə regionun daha da sürətli inkişafına gətirib çıxaracaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025
09:30 Neft yenidən bahalaşdı