Mobil versiya
"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir
Tarix: 28-06-2022 | Saat: 12:20
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" -

Müharibə veteranlarına verilən müavinət iki il əvvəl 50 faiz artırılaraq 80 manata çatdırılıb.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Müharibə veteranlarına verilən müavinətin artırılmasına gəlincə, nazir bildirib ki, sosial ödənişlərin islahatlarının daimi tərkib hissəsi kimi müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq.

"Amma biz çalışırıq ki, müharibə veteranları aktiv məşğulluq tədbirlərinə cəlb edilsin", - deyə o qeyd edib.

Qeyd edək ki, deputat Siyavuş Novruzov müharibə veteranlarının aylıq təqaüdünün 80 manatdan 130 manata qaldırılmasını təklif edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024