Mobil versiya
Səməd Allahverdiyev: “Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində ölkəmizdə dənizçilik sürətlə inkişaf edir”
Tarix: 23-06-2022 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər

Səməd Allahverdiyev: “Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində ölkəmizdə dənizçilik sürətlə inkişaf edir”

“Bu günlərdə Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları böyük coşqu və təntənə ilə 15 İyun – Milli Qurtuluş Gününü qeyd etdi. Danilmaz həqiqətdir ki, yeni Azərbaycan tarixinin bütöv bir epoxası ulu öndəri Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Liderimizin ölkəyə rəhbərlik etdiyi 34 illik dövr Azərbaycanın tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Suveren dövlətimizin bugünkü uğurları da məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər xalqımızın və dövlətimizin taleyindəgələcək müqəddaratının müəyyənləşməsində misilsiz xidmətlər göstərmişdir.”

Bu sözləri 25 iyun Beynəlxalq Dənizçilər Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev deyib.

Komitə sədri bildirib ki, 1993-cü ilin yayında ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmaqla ölkəmizi dəhşətli bəlalardan xilas etdi: “1991-1993-cü illər Azərbaycanın ən yeni tarixində hərc-mərclik, özbaşınalıqlar və xaos dövrü kimi xatırlanır. Bütün bunlar həmin dövrdə yeni yaranmış müstəqil dövlətə bacarıqsız, antimilli düşüncəli şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən davamlı işğalı, getdikcə gərginləşən ictimai-siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu, yetişməkdə olan vətəndaş müharibəsi ölkəni birmənalı olaraq parçalanmaya və bir dövlət kimi məhvə sürükləyirdi. Azərbaycanın xalqı və dövləti bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyacı vardı. Həmin vaxt cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa və getdiyi fəlakət yolundan geri döndərməyə qadir olan yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Bu, xalqın səsi və iradəsi idi. Xalqımız öz Ümummilli Liderinin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində qərarlı idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyində baş verən faciələrdən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkənin və xalqın taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev dühası Azərbaycan tarixində həm xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ulu Öndər qısa zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu.”

Daha sonra Səməd Allahverdiyev 25 iyun Beynəlxalq Dənizçilər Günü ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Məlum olduğu kimi, iyunun 25-i bütün dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur. Həmçinin Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda da “Dənizçi Günü” peşə bayramı təsis olunub və artıq 7 ildir ki, ölkəmizdə də dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Hazırda bütün dünyada yüklərin təqribən 90 faizi məhz dəniz yolu ilə daşınır. Qurur hissi ilə deyə bilərik ki, Azərbaycanın sürətli inkişafında da dənizçilərin xüsusi əməyi var. Belə ki, dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Dünya sularında Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz isə daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafına təhfələr verirlər. Demək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illər ölkəmizdə dənizçiliyin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan dünyanın 170 dövlətinin qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvüdür. Ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir”, - deyə komitə sədri bildirib.

Həmçinin Səməd Allahverdiyev Azərbaycanın öz ərazisini bərpa etməklə yaranmış yeni iqtisadi imkanlardan danışaraq bunları deyib: “2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bundan sonra Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti Qələbəsilə başa çatdı. Azərbaycan ərazilərinin 30 illik işğalına son qoydu, tarixi ədalət bərpa etdi. Birmənalıdır ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Moskva Bəyanatında Naxçıvana aparan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu istiqamətdə işlər görülür. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihənin icrası ilə uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, Azərbaycanın həm strateji, həm iqtisadi, həm də siyasi məqsədləri həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən Azərbaycana və buradan da Avropaya daşınması üçün çox əlverişli nəqliyyat şəbəkəsi yaradılacaqdır. Beləliklə, möhtərəm Prezidentimizin dediyi kimi, regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bu layihələrdən faydalana biləcəklər”, - Səməd Allahverdiyev fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024