Mobil versiya
Yeniyetmə cüdoçularımız Xorvatiyada Avropa çempionatında mübarizə aparacaqlar
Tarix: 21-06-2022 | Saat: 09:10
Bölmə:İdman | çapa göndər

Yeniyetmə cüdoçularımız Xorvatiyada Avropa çempionatında mübarizə aparacaqlar

İyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Yeniyetmə oğlanlar və qızlardan ibarət milli komandalarımız Bakı şəhərində keçirilən təlim-məşq toplanışlarında qitə çempionatına hazırlıqlarını başa vurublar.

Azərbaycan Cüdo Federasiyasından (ACF) AİA.Az-a bildiriblər ki, federasiyanın vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov, prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, performans direktoru Mark van der Ham milli yığmaların təlim-məşq toplanışlarını izləyərək onların hazırlıqları ilə maraqlanıblar. Eyni zamanda, Olimpiya çempionlarımız idmançılarımızla öz uğur hekayələrini bölüşüblər, tövsiyə və məsləhətlərini veriblər.

Qeyd edək ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandalarımız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 4 beynəlxalq yarışda iştirak ediblər. Həmçinin, onların hazırlığı məqsədilə 5 təlim-məşq toplanışı təşkil edilib.

Sabah Xorvatiyaya yola düşəcək yeniyetmələrdən ibarət milli komandalarımız iyunun 23-25-də fərdi, 26-da isə komanda yarışında iştirak edəcəklər.

Dünyanın 40 ölkəsindən 428 idmançının qatılacağı qitə çempionatında Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024