IX Qlobal Bakı Forumu dəyişiklikləri fəsadlarla dolu ola biləcək dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyır.
Tarix: 18-06-2022 | Saat: 14:16
Bölmə:Gündəm | çapa göndər
Məlum olduğu kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Qeyd edək ki, paytaxtda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuş Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Bakı Forumunun dünya düzənindəki çağdaş geosiyasi vəziyyət fonunda necə önəmli olduğunu xüsusi vurğulamalıyıq. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Burada dünyanı daha təhlükəsiz etmək səyləri ifadə olunur, müxtəlif mövqelər sərgilənir və dünyanın nəbzini tutmaqla, qlobal çağırışları qarşılamaq üçün nəzəri və praktiki tövsiyələr təqdim olunur. Bu qlobal təhdidlərə isə heç də məhəl qoymamaq mümkün deyil. Bunlar dünyanı sarmış COVID-19 pandemiyası, həmçinin artıq özünü göstərən ərzaq böhranı, terrorizm və narkomaniyanın yayılması, məlum münaqişələrlə əlaqədar Avropaya miqrant axını və digər aktual problemlərdir. Fərəhli haldır ki, on il əvvəl Azərbaycan Prezidentinin himayəsi ilə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz fəaliyyətinin əsasını təşkil edən birbaşa vəzifələrlə bərabər, bu həyati məsələlərə də biganə qalmır və adekvat tədbirlər keçirır, aktivlik nümayiş etdirir. Mərkəzin təşkilatçısı olduğu Qlobal Bakı forumları bunun parlaq ifadəsidir.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin geniş əhatəli çıxışı, cari vəzifələrlə bağlı qətiyyətli mövqeyi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycanın beynəlxalq və regional sülh proseslərinə töhfələr vermək, qlobal təhdidləri qabaqlamaq əzmi geniş təqdir qazandı. Bunun da başlıca səbəblərindən biri məhz ölkəmizin zaman-zaman təhdidlərlə üz-üzə qalması idi.
Yeri gəlmişkən, ikinci dəfə dövlət müstəqilliyimizə qovuşduğumuz 90-cı illərin əvvəllərində suverenlik və dövləti varlığımız təhlükələrə məruz qalmış, ərazilərimizin 20 faizi ermənilər tərəfindən işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Yalnız iki il əvvəl növbəti erməni hərbi təxribatına cavab olaraq başladığımız Vətən müharibəsində 44 günlük Zəfər yürüşü sayəsində torpaqlarımızı düşmən təcavüzündən qurtara bildik. Prezident-xalq-ordu birliyinin gücünə beynəlxalq hüquqlarımızı bərpa etdik. Qarabağa vaxtaşırı səfərləri təşkil olunan xarici diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, media nümayəndələri də şahid olurlar ki, erməni vandalları oradakı mədəni irsi məhv etmiş, tarixi və dini abidələri dağıtmış, infrastrukturu tamamilə sıradan çıxarmışlar. Müharibə zamanı onlar hətta cəbhə xəttindən uzaqda olan şəhərlərimizə qanunla qadağan olunmuş ballistik raketlər ataraq dinc əhalini terrora məruz qoymuşlar. Bu vəhşilik heç vəchlə insanlıqla bir araya sığmır. Biz hazırda Qarabağda və Şərqi Zəngəzurda heç kimin köməyi olmadan genişmiqyaslı bərpa-quruculuq işləri aparırıq. Ərazilərdə piyada və tank əleyhinə basdırılmış saysız-hesabsız minalarla bağlı dürüst xəritələrin verilməməsi səbəbindən isə orada hələ də həyat üçün təhlükəli vəziyyət davam edir. Əlbəttə, bütün bunlar dünyaya görk olmalı, beynəlxalq təşkilatlar təsirli tədbirlər görməlidirlər ki, faşizm və terrorizm halları bir daha heç harada baş verməsin.
Forumda dövlət başçımızın açıqladığı dəyərli fikirlər, eləcə də digər natiqlərin mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrdə proaktiv yanaşma sərgiləmələri o mərama xidmət etdi ki, qlobal müstəvidə fundamental transformasiyalar zamanla qarşısıalınmaz böhrana çevrilməsin. Bu baxımdan IX Qlobal Bakı Forumu dəyişiklikləri fəsadlarla dolu ola biləcək dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyır.
Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025