Mobil versiya
Qadın güləşçilərimiz rekorda imza atdı
Tarix: 18-06-2022 | Saat: 10:13
Bölmə:İdman | çapa göndər

Qadın güləşçilərimiz rekorda imza atdı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançı ilə qitə birinciliyinə yollanan yığma komanda 1 dəst medal qazanıb.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alınıb. Belə ki, Azərbaycan 66 xalla komanda hesabında Avropa beşincisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9 ilin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə qadın güləşçilərimiz Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024