Mobil versiya
Abşeron rayonunda “Narkomaniyaya “YOX” deyək” devizi altında idman yarışları keçirilib - FOTOLAR
Tarix: 08-06-2022 | Saat: 17:39
Bölmə:İdman | çapa göndər

Abşeron rayonunda “Narkomaniyaya “YOX” deyək” devizi altında idman yarışları keçirilib

Abşeron rayonunda “Narkomaniyaya “YOX” deyək” devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində idman yarışları təşkil edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçalığı ilə baş tutan yarışlarda gənclər idmanın cüdo və Karate Do üzrə növlərində güclərini sınayıblar. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviləşdirilməsi məqsədi ilə keçirilən yarışlara ümumilikdə 500 nəfərə yaxın idmançı cəlb olunub. 29 may – 5 iyun tarixlərini əhatə edən yarışlarda qalib gələn gənclərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, bu məqsədlə təşkil olunan idman tədbirlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024