Mobil versiya
Qadın futbol klubunda kişilər oynayırlar - İDDİA
Tarix: 08-06-2022 | Saat: 13:32
Bölmə:İdman | çapa göndər

Qadın futbol klubunda kişilər oynayırlar - İDDİA

Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü liqa qadın komandasında kişi oyunçuların olduğu iddia edilib.

AİA.Az oxu.az-a istinadən xəbər verir ki, Ordunun "Rüsumat-4 Gənclər" komandası və " Adana 01" komandaları üz-üzə gəliblər.

Qarşılaşmada meydana çıxan iki futbolçunun daha əvvəl kişi şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyi və nəticəni gözlədiyi iddia edilib.

Ordu təmsilçisinin 2-0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Adananın futbol klubu rəqibinin iki kişi oyunçu ilə oynadığını əsas gətirərək Futbol İntizam Şurasına müraciət edib.

Hələ də çəhrayı kimliklərlə yaşayan hər iki futbolçunun kişi hormonlarının, hətta saqqallarının olduğu iddia edilib.

Həvəskar Futbol İntizam Şurasının haqlı hesab etdiyi etiraz TFF rəhbərliyi tərəfindən müzakirə edilərək qərar veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024