Mobil versiya
Messi millinin düşərgəsinə ucuz geyimdə gəldi
Tarix: 24-03-2022 | Saat: 16:38
Bölmə:İdman | çapa göndər

Messi millinin düşərgəsinə ucuz geyimdə gəldi

Argentina millisinin artıq dünya çempionatına vəsiqə qazanmasına baxmayaraq, baş məşqçi Lionel Skaloni Lionel Messini Venesuela və Ekvadorla son iki seçmə matçına dəvət edib.

AİA.Az Fanat.az-a istinadən xəbər verir ki, ötən gecə Argentinaya yollanan PSJ-nin ulduzu bu dəfə geyimi və idman ləvazimatları ilə müzakirəyə səbəb olub.

Yerli mətbuat iddia edib ki, adətən brend markalı və bahalı paltarlar geyinən Messi bu dəfə fərqli davranıb. Argentinalı jurnalistlərin hesablamalarıma görə, o, milli komandanın düşərgəsinə 6800 avro dəyərində avadanlıqla gəlib.

Messinin üzərində 3900 avro dəyərində "Louis Vuitton" çamadanı, belində isə 2900 avro dəyərində "Louis Vuitton" bel çantası olub.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bundan başqa, onun əynində qiyməti 445 avro olan "Dsquared" markalı köynək, 590 avroluq şalvar və ayağında "Dolce & Gabbana" idman ayaqqabısı olub ki, bu da 650 avroya yaxındır.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024