Mobil versiya
Futbol matçında özünü qapı dirəyinə bağladı
Tarix: 18-03-2022 | Saat: 11:18
Bölmə:İdman | çapa göndər

Futbol matçında özünü qapı dirəyinə bağladı

İngiltərə Premyer Liqasının XX turundan təxirə salınmış "Everton" - "Nyukasl" görüşündə qeyri-adi hadisə baş verib.

"Qudison Park" stadionundakı matçı tribunadan canlı izləyən tamaşaçılardan biri meydançaya daxil olaraq, özünü plastik qandalla Mersisayd təmsilçisinin qolkiperi Asmir Beqoviçin qoruduğu qapının dirəyinə bağlayıb.

AİA.Az oxu.az-a istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları dərhal dəmirkəsən qayçı ilə həmin şəxsin boğazındakı qandalı açmağa çalışıblar. Çoxsaylı cəhdlər təqribən 8-9 dəqiqə sonra nəticə verib. Bu səbəbdən görüşdə məcburi fasilə yaranıb.

Tamaşaçının siyasi fəal olduğu və meydançaya etiraz məqsədilə çıxdığı bəlli olub.

Hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024