Mobil versiya
"Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı
Tarix: 17-03-2022 | Saat: 16:19
Bölmə:Gündəm | çapa göndər

"Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa buraxılıb.

AİA.Az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə