Mobil versiya
Pulsuz hüquqi yardım keyfiyyətsiz xidmətə çevrilməməlidir -Razi Nurullayev
Tarix: 30-10-2026 | Saat: 12:17
Bölmə:Karusel / Parlament | çapa göndər

Pulsuz hüquqi yardım keyfiyyətsiz xidmətə çevrilməməlidir

Bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalı, ilkin hüquqi məsləhət və vətəndaşların düzgün istiqamətləndirilməsini də əhatə etməlidir.

O, qanunun tətbiqi zamanı pulsuz hüquqi yardımın formal xarakter daşımamasını, vətəndaşların xidmətdən yararlanmaq üçün çoxsaylı sənədlər toplamaq məcburiyyətində qalmamasını vacib sayıb.

Deputat vəkillərin əməyinin adekvat maliyyələşdirilməsini və göstərilən xidmətin keyfiyyətinin mütəmadi yoxlanılmasını da təklif edib. Onun fikrincə, bu, mövcud çatışmazlıqların aradan qaldırılmasına və hüquqi yardımın keyfiyyətinin qorunmasına imkan verəcək.

Çıxışında regionlarda hüquqi xidmətlərin əlçatanlığına da toxunan deputat mobil hüquqi yardım xidmətlərinin və regional mərkəzlərin yaradılmasını, rəqəmsal xidmətlərin inkişafını vacib hesab edib.

aia.az

Deputatın sözlərinə görə, qanunun əsas məqsədi yalnız pulsuz vəkil xidməti yaratmaq deyil, həm də vətəndaşların hüquqa və ədalətə inamını gücləndirməkdir.

Zeynəb Rzayeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026