Mobil versiya
“Qorxu gecəsi”nə bu libasda gəldi - “Öz obrazımdayam”
Tarix: 01-11-2026 | Saat: 13:36
Bölmə:Dünya | çapa göndər

“Qorxu gecəsi”nə bu libasda gəldi - “Öz obrazımdayam”


ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo mülkündə təşkil olunan “Halloween” şənliyinə ənənəvi geyimində qatılıb.

“aia.az” xəbər verir ki, Tramp tünd göy kostyum və qırmızı qalstukla tədbirə gəlib.

Prezident jurnalistlərlə söhbəti zamanı “Halloween” üçün xüsusi kostyum seçmədiyini yumorla ifadə edib. O, tədbirə Donald Tramp obrazında gəldiyini bildirərək hazırlaşmağa cəmi 10 dəqiqə vaxtı olduğunu deyib:

“Onların hazırlaşmağa saatlarla vaxtı olub, mənim isə cəmi 10 dəqiqəm. Bu gecə Donald Tramp obrazındayam”.

Tramp digər qonaqların bayram üçün saatlarla kostyum seçib hazırlaşdıqlarını da zarafatla vurğulayıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə