Mobil versiya
Prezidentin adından videolar paylaşılır - Oxucuların diqqətinə
Tarix: 31-10-2026 | Saat: 19:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezidentin adından videolar paylaşılır -


Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.

aia.az xəbər verir ki, "Unikal" xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.

Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaradaraq istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, söyləmədiyi fikirləri onun adından səsləndirmək də mümkündür. Buna görə videoda dövlət başçısının görüntüsünün olması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir.

Oxucuların diqqətinə Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını təqdim edirik:

- X (Twitter): https://x.com/azpresident

- Instagram: https://www.instagram.com/presidentaz

- Facebook: https://www.facebook.com/PresidentIlhamAliyev

- Youtube: https://www.youtube.com/@presidentaz

Bu hesabların hamısına keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - https://president.az/ saytında yerləşdirilib.

Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyici sayı da məlumatın etibarlılığını təsdiqləmir.

Oxucuları Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.az saytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrlə yoxlamaq vacibdir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2026