Ana Sayfa > Gündəm > "Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı
"Azərpoçt"un külli miqdarda mənimsəmədə ittiham olunan sabiq şöbə rəisi azadlığa buraxıldı17-03-2022, 16:19. Yazar: admen |
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin sabiq rəisi Eldar Əhmədov azadlığa buraxılıb. AİA.Az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əhmədov Eldar Camal oğluna 2 il sınaq müddəti tətbiq edilməklə şərti cəza verilib və o məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, E.Əhmədov Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi. aia.az Geri dön |