Cahangir Hacıyev niyə həbs olunduğunu başa düşmür
Tarix: 11-05-2016 | Saat: 19:25
Bölmə:Gündəm | çapa göndər
Ötən ilin dekabrında həbs edilmiş Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin vəkili Əfqan Məmmədov deyib ki, C.Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunub.
“Qafqazinfo” xəbər verir ki, vəkil azadliq.org-a açıqlamasında biuldirib ki, bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar C.Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb:
“Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib”
Əfqan Məmmədov bildirib ki, bu, heç də yeganə “sürpriz” deyil: “Belə ki, müdafiə etdiyim şəxsin sözlərinə görə, məbləği 42 mln.-dan çox olan səhmlər bəzi şəxslərin kredit borclarını ödəmək üçün istifadə olunub. Qalan hissəsinin harada olduğu məlum deyil ”
308-ci maddəyə gəlincə, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Vəkil deyir: “C.Hacıyev bu ittihama etiraz edir ki, kreditləri şəxsən o deyil, bankın filialları verirdi. Vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edib və Bankın İdarə Heyətinin bütün üzvləri tərəfindən təsdiq edilməsi üçün təqdim edirdi. Yalnız bundan sonra kredit verilirdi.
Bundan başqa, ayrılmış bütün kreditlər konkret layihələr üçün istifadə olunub ki, onlar mövcuddur və həyata keçirilir”.
Vəkil deyir ki, C. Hacıyev niyə həbs edildiyini başa düşmür: “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 mln. mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?”
Əfqan Məmmədovun deməsinə görə, Cahangir Hacıyev həmçinin vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibəti “başa düşmür”: “Belə ki, o, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Burada onu 38 gün təcrid vəziyyətdə saxlayıblar. Heç kimlə hər-hansı əlaqə yaratmasına icazə verməyiblər”.
Hazırda C.Hacıyev Kürdəxanı Təcridxanasında saxlanılır və sözügedən ittihamlara əsasən onu 12 ilədək həbs cəzası gözləyir. “Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb. Amma istintaqın məntiqinə əsasən, Hacıyev mənimsəmədə ittiham olunsa, bu insanlar mənimsəmə faktının iştirakçılarıdır.
Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”, deyə vəkil sual edib.
C. Hacıyev adını verdiyi şəxslərin çağrılıb dindirilmədiyini haradan bilir? – sualına cavabda vəkil deyib ki, bu halda faktla əlaqəsi olan hər kəs üzləşdirilməli idi. Amma belə üzləşdirmələr olmayıb.
İrəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğu haqqında suala cavabda isə vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqqında danışmağa da əsas yoxdur. “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur, iş tövsif edilməlidir”, deyə vəkil qeyd edib.
Sonda vəkil əlavə edib ki, Cahangir Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.
Əfqan Məmmədov bu yaxınlarda Hacıyevin müdafiəsinə başlayıb və istintaq materiallarını əldə etməkdən ötrü istintaqa müraciət etmək niyyətindədir. Vəkil iş üzrə istintaqı prokurorluğun deyil, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin aparması ilə bağlı da təəccübünü bildirib. “Bu, Hacıyevin həbsinin əvvəlcədən planlaşdırıldığını göstərir”, vəkil qeyd edib.
Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin iki maddəsi – 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər