Kiberhücum nəticəsində 6 milyona yaxın müştərinin məlumatları oğurlanıb
Tarix: 02-07-2025 | Saat: 13:15
Bölmə:Özəl | çapa göndər

Avstraliyada yerləşən Qantas aviaşirkəti, kiberhücum nəticəsində təxminən 6 milyon müştərisinin şəxsi məlumatlarının oğurlandığını açıqladı. BBC-nin məlumatına görə, Avstraliya aviaşirkəti bazar ertəsi, iyunun 30-da sistemdə “qeyri-adi fəaliyyət” aşkarlayıb.
Sistemi izləyən səlahiyyətlilər, kiberhücum nəticəsində təxminən 6 milyon müştərinin adları, e-poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və sərnişin nömrələri kimi məlumatlarının oğurlandığını bildirib.
Aviaşirkət məlumatların pozulmasının əhatə dairəsini araşdırmağa davam etdiklərini və oğurlanan məlumatların müştərilərə məxsus kredit kartı və ya pasport məlumatlarını ehtiva etmədiyini açıqladı.
Şirkət Avstraliya Kibertəhlükəsizlik Mərkəzini və Avstraliya polisini hücum barədə məlumatlandırdıqlarını bildirdi.
Qantas Baş İcraçı Direktoru (CEO) Vanessa Hudson verdiyi açıqlamada baş verən hadisələrə görə müştərilərdən üzr istəyib.
Hudson, lazımi dəstəyi göstərmək üçün müştərilərlə əlaqə saxladıqlarını qeyd etdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2025