Mobil versiya
Millət vəkili: "Moskva cinayətlərə hüquqi don geyindirməklə məşğuldur"
Tarix: 02-07-2025 | Saat: 14:18
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili: "Moskva cinayətlərə hüquqi don geyindirməklə məşğuldur"

"Baş verənlər göstərir ki, tapşırıq vahid mərkəzdən verilib"

"Rusiya-Azərbaycan münasibətlərində ciddi dəyişiklər qaçılmazdır"

"Kremldə nə baş verdiyini anlamaq üçün media resurslarına, kanallarda gedən şoulara, hakimiyyətin ruporlarına baxmaq kifayətdir"


"Yekaterinburq şəhərində baş vermiş hadisələrə Azərbaycan ictimaiyyətinin hiddətlənməsini təbii qəbul etmək lazımdır".

Bu sözləri mətbata açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

Millət vəkili vurğulayıb ki, nümayiş olunan kadrlara baxanda insanı dəhşət bürüyür:

"XXI əsrdə belə vəhşi davranışlar, etnik ayrı-seçkilik zəminində, məhkəməsiz qətllər heç bir cəmiyyətdə normal qarşılana bilməz. Rəsmi Moskva isə heç nə olmamış kimi baş vermiş cinayətlərə hüquqi don geyindirməklə məşğuldur. Əksinə, soydaşlarımıza qarşı hücumların coğrafiyasını genişləndirir, tanınmış diaspora rəhbərlərini, iş adamlarını həbs edirlər. Bütün bunlar onu göstərir ki, tapşırıq vahid mərkəzdən verilib. Rusiya-Azərbaycan münasibətlərində ciddi dəyişiklər qaçılmazdır".

Parlament üzvü bildirib ki, Kremldə nə baş verdiyini anlamaq üçün, bu ölkənin media resurslarına, federal kanallarında gedən şoulara, hakimiyyətin ruporlarına baxmaq kifayətdir:
"Rus miillətçiliyi geniş təbliğat olunur, digər millətlər, etnik qruplar, dinlər aşağılanır, təhqir olunur. Beynəlxalq hüquqdan, qanunun aliliyindən, ümumbəşəri dəyərlərdən söhbət belə gedə bilməz. Nəticə göz qabağındadır. Ən yaxın qonşuları Ukraynada mülki əhaliyə qarşı törədilən qətliamlar, müttəfiqlərinə, digər xalqlara qarşı yönəlik siyasəti böyük bir ölkənin beynəlxalq miqyasda təcrid olunmasına, sürətlə düşmənlərinin sayının artmasına gətirib çıxardı".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2025