Uşaq yazıçısı Gülzar İbrahimovanın əsərlərində Türkiyə-Azərbaycan dostluğu
Tarix: 02-07-2025 | Saat: 10:50
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan-Türkiyə dostluğu ta qədimdən bu günə qədər əbədi, qırılmaz tellərlə bağlıdır. Niyə qırılmazdır? Çünki, o adi dostluq deyil, əcdadlarımızın damarlarından axıb gələn qan qardaşlığı, dostluğu, tarixi yaddaşıdır. Həmişə bu birliyi parçalamaq, iki dövlət, bir milləti ayrı salmaq istəyənlər çox olub, amma cəhdləri boşa çıxıb.
Azərbaycan-Türkiyə dostluğunu qorumaq üçün hər iki Dövlətin öz siyasəti, öz planları var ki, onu daima həyata keçirirlər. Bundan başqa Vətənini sevən, millətini sevən hər bir yazıçının, şairin də öz ürək səsləri var ki, çox vaxt onların təsiri daha kəsərli, daha güclü ola bilir.
Dostluğumuz, qardaşlığımız haqda əsərlərin yazılması, işıqlandırılması, oxucusuna çatdırılması çox vacibdir. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğuna gözəl əsərlər həsr etmiş uşaq və yeniyetmə yazıçısı Gülzar İbrahimova diqqətimizi daha çox çəkdi.
Yazıçı xanım İki dövlət, Bir millətin qardaşlığı, dostluğu haqda daima yazır, yazdıqlarını ya kitab şəklində nəşr etdirir, ya da sosial şəbəkələrdə paylaşır, oxucusunu tapır. Dostluğumuzu, qardaşlığımızı qoruyub saxlamaq üçün, daha gözəl əsərlər yaratmağa çalışır.
Belə ki, yazıçının Çanakkala savaşına həsr etdiyi “Ana qurbanlığı” hekayəsi, uşaq və yemiyetmələr üçün yazdığı “Mən böyüdüm, sən də böyü” povesti, “Yeni il sirri” nağılı, “Biz birik” miniatür hekayəsi, “Yada daşı” tarixi hekayəsi, “Mən də türkəm”, “Azərbaycan – Türkiyə” şerləri və digər başqa əsərləri dostluğumuzun qorunmasına və əbədiliyinə yönəlib.
“Mən böyüdüm, sən də böyü” uşaq və yeniyetmələrə həsr edilmiş povesti bu günlərdə işıq üşü görəcək.
Gülzar İbrahimovanın Türkiyə -Azərbaycan dostluğuna həsr etdiyi əsərləri Türkiyə Pamukkale Universitetinin uşaq ədəbiyyatı kafedrası əməkdaşlarının diqqətini cəlb edib. Kafedra yazıçının yeni əsərlərini izləyir, onları araşdırır, tərcümə edib yayımlayır. Belə ki, Türkiyə-Azərbaycan III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunda Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen öz məruzəsində yazıçı Gülzar İbrahimovanın əsərlərinə böyük yer verib. O, yazıçının “Yeni il sirri” əsərini tərcümə edərək konfrans iştirakçılarına təqdim edib və bildirib ki, bu uşaq əsəri Türkiyədə də nəşr edilib. Əsərin qısa məzmunu haqda doktor Yaşar Sözən belə yazır: (Yazını olduğu kimi türkcə təqdim edirik)
GÜLZAR İBRAHİMOVAININ YENİ YIL SIRRI ADLI MASALI ÜZERİNE ÇOCUĞA GÖRELİK İLKESİ BAĞLAMINDA BİR İNCELEME
PAMUKKALE ÜNİVERSİTESİ Dr. Yaşar Sözen
ÖZET
Gülzar İbrahimova, Çağdaş Azerbaycan Çocuk edebiyatının önde gelen şahsiyetlerinden ve tanınan simalarından biridir. İbrahimova, Çağdaş Azerbaycan Çocuk edebiyatında daha çok çocuklar için kaleme aldığı masal ve şiirleri ile bilinir. Hatta Azerbaycanlı yazar ve şairler arasında mensur şiir yazarı; çocuklar arasında ise masal yazarı veya masal anası ‘’Gülzar Nine’’ olarak tanınır ve sevilir. Yazarın özellikle devrin taleplerine uygun, çocuk duyarlılığı, çocuk bakışı ve çocuğa görelik ilkeleri kapsamında çocuklar için kaleme aldığıçok sayıda edebî eseri vardır.
Gülzar İbrahimova’nın çocuklar için kaleme aldığı eserlerden biri de Yeni Yıl Sırrı adlı masaldır. Masalda
temel ileti olarak çocuklara yardımlaşma ve empati kurma gibi değerlerin kavratılmasının yanında,Türkiye-Azerbaycan kardeşliğine de önemli vurgular yapılır. Çalışmamızda temel iletileri yardımlaşma, empati ve Türkiye-Azerbaycan kardeşliği olan masal metni, çocuk edebiyatını yapılandıran temel ögeler (konu, kahramanlar, dil ve anlatım, ileti) bağlamında incelenmiş ve değerlendirilmiştir”.
Gülzar İbrahimovanın Türkiyə-Azərbaycan dostluğuna həsr etdiyi ən böyük əsərlərdən biri olan “Mən böyüdüm, sən də böyü” povesti Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə görmüş uşaqlara və bir də zəlzələ zamanı tikdiyi binaların heç biri dağılmamış tikinti mühəndisinə həsr olunub.
Türkiyə, Pamukkala Universitetinin professoru, müəllimi, Azərbaycan üzrə Uşaq Ədəbiyyatı araşdırmaçısı, Dr. Yaşar Sözən “Mən böyüdüm, sən də böyü” povestini çox bəyənib və kitaba belə bir ön söz yazıb:
“Gülzar İbrahimovanın 6 fevral 2023-cü ildə Türkiyədə - Kahramanmaraşda baş vermis zəlzələyə həsr etdiyi “Mən böyüdüm, sən də böyü” povestini oxudum. Yazıçı əsəri çox həssas bir hisslərlə yazdığından nəticədə dolğun bir povest alınmışdır.
Hadisələr arasında möhtəşəm bağlantılar qurulub ki, bu bağlantılar da əsəri çox təsirli edib.
Əsəri oxuyanda mənə çox təsir etdiyindən onu neçə dəfə, təkrar-təkrar oxudum. Oxuduqca, yazıçının incə məqamlara necə həssaslıqla yanaşdığının şahidi oldum. Əsəri bəyəndim, sevdim və əminliklə deyə bilərəm ki, “Mən böyüdüm, sən də böyü” povesti məni də Gülzar İbrahimovanın oxucusu etdi.
Povest həm uşaq və yeniyetmə yaş həddi üçün nəzərdə tutulsa da, bütün yaşlar üçün maraqlı bir əsərdir.
Əsər uşaqlara çətin anda tək özünü düşünməyi yox, tək özü xilas olmaq üçün yol axtarmağı deyil, hər an insani hissləri qoruyub, saxlamaqla çıxış yolu axtarmağı öyrədir. Özündən kiçiyə çətin anda dayaq olmağı tövsiyə edir. İnsanın insana məhəbbətlə yanaşması əsərin ədəbi dəyərini artırır.
Əsərdə öyrədici, düşündürücü məsajlar çoxdur. Bu məsajlardan biri də tikdiyi binaların heç biri dağılmamış tikinti mühəndisinə aiddir. Zəlzələ zamanı ətrafda yüzlərlə bina yıxıldığı halda, Hasan ustanın (ad şərtdir) tikdiyi binaların heç biri uçulmamış, çatlamamış, nəticədə orda yaşayan insanlar sağ qalmışlar.
Belə əsərdən uşaq yaşından bilmək olur ki, çox vaxt zəlzələ öldürmür. Biganəlik, laqeydlik, məsuliyyətsizlik daha çox insan həyatının faciəsinə səbəb ola bilir. Povest bu baxımdan da dəyərlidir.
Əsərin qəhrəmanları olan uşaqlar zəlzələdən sonra yaranan dəhşətlə üz-üzə qalır, lakin bu faciə onları yıxmaq əvəzinə, daha güclü, daha anlayışlı edir, uşaqları az bir zamanda böyüdür.
Uşaq ədəbiyyatı araşdırmaçısı kimi povesti çox bəyəndim. Çünki, əsərdə insanlıq oyrədən böyük dərs var. Yazıçı uşaqlara öyrətmək istədiklərini bütün mətn boyu yaymış, uşaq və ya yeniyetmə əsəri oxuduqca düşünür, onları götürür, mənimsəyir.
“Mən böyüdüm, sən də böyü” povestindən başqa Gülzar İbrahimovanın Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənməsi məqsədilə yazdığı neçə-neçə əsərləri var. “Yeni il sirri”, “Ana qurbanlığı”, “Mən də türkəm”, “Biz birik”, “Yada daşı tarixi nağılı” və daha çox əsərləri buna misaldır.
Əminəm ki, Gülzar İbrahimovanın “Mən böyüdüm, sən də böyü” povesti ən qısa zamanda Türkiyədə tərcümə və nəşr edilib yayımlanacaq”.
“Mən böyüdüm, sən də böyü” povesti haqda qısa məlumatı təqdim edirik:
Povestin əsas qəhrəmanı 5 yaşlı, azərbaycanlı Ayşən və 11 yaşlı, türk Salehdir. Ayşəngil Azərbaycandan Kahramanmaraşa köçüb, orda yaşayırlar. Gənc ailə - ata, ana, balaça qız Ayşən zəlzələ zamanı Kahramanmaraşda faciə yaşayır. Bir məhəllənin uşaqları zəlzələdən sonra ayrı düşür. Onlardan bəzisi dünyasını dəyişir, bəzisi dağıntılar arasından çətinliklə qurtulur, bəzisi salamat qalır. Povest dağıntılar altında qalmış və dörd gün dəhşət görmüş iki uşağın başına gələn faciədən yazılıb. Əsərin qəhrəmanları Saleh və Ayşən zəlzələdən sonra dörd gün dağıntılar altında yaşamalı olublar. Bu dörd ilə bərabər dörd gün qorxu, iztirab, ağrı dolu olsa da, uşaqlar yüksək insani keyfiyyətlərin səyində dağıntılar altında sağ qala biliblər. Çətin anda bir-birlərini atmayıb, dağıntılar altında bir-birlərinə dayaq olublar.
Povestin adı Salehlə Ayşənin “Qaranlıq dünyada”kı dialoqlarından götürülüb: “Ayşən, burda ikimizdən başqa heç kim yoxdur ki, bizə kömək etsin. Uşaqlığımız bitdi. Bax, mən böyüdüm, sən də böyü. Sakit ol, sən də mənə yardım elə ki, ayaqlarını beton plitənin altından çıxaraq!”.
Salehin bu sözlərindən sonra Ayşən ağlamağını azaldır, sanki ona güc gəlir. Sonra Saleh nə deyirsə ona əməl edir, nəticədə uşaqlar dağıntılar arasından xilas olur.
Əsərin sonu belə bitir. Həmişə Azərbaycana qayıtmağı arzulayan Ayşən Kahramanmaraş zəlzələsi nəticəsində çox etibarlı dost qazanır. Nəticədə həmişəlik Kahramanmaraşda qalmağa qərar verir: “ - Ata, ana, nə olar, xahiş edirəm sizdən, heç yerə getməyək. Mən Kahramanmaraşda qalmaq istəyirəm”.
Gülzar İbrahimovanın “Ana qurbanlığı” miniatür hekayəsi Çanakkala savaşına həsr edilib. Olmuş hadisədən qaynaqlandığından çox təsirlidir. Hekayənin qısa məzmunu belədir:
“ Döyüşdən əvvəl Türk alay komandanı yeni təlim keçmiş əsgərlərə “Düzlən!”, əmri verib, sonra əsgərlərin qarşısında addımladı, onların görkəminə nəzər yetirdi.
İgid oğulların mərd baxışları, duruşları qəlbini kövrəltdi. Ürəyi qürurla döyündü. Elə döyündü ki, az qaldı yerindən qopa. “Azad!”, əmri verəndən sonra gözü saçları qırmızıya çalan əsgərə sataşdı:
- İsmin nədir? – deyə ondan soruşdu.
Əsgər bir addım irəli keçib, - Mehmet, - dedi.
- Nədən saçlarına həna qoymusan? Zənənlər saçlarına həna qoyar!
Əsgərin pərt olduğunu görüb əlavə elədi:
- Bir də saçlarına boya çəkmə!
Mehmet qızardı. Əsgərlər komandanın sözünə gülüşdü. Çox keçmədi komandan “Döyüşə hazır ol!”, əmri verdi. Özü öndə, əsgərlər də arxasınca, “Düşmənə ölüm!”, deyib döyüşə yollandılar.
Döyüşdən gecə yarısı qayıdan əsgərlərin üst-başı qan içərisində idi. Onlardan kimisi yuyunur, kimisi uzanıb dincəlir, kimisi gördüyü dəhşətdən danışır, kimisi yaralanmağından, kimisi qəhərlə, kədərlə itirdiyi yoldaşından danışırdı.
Mehmet isə kağız-qələm götürüb anasına məktub yazdı: “Ana, bu gün ilk dəfə döyüşə getdim. Tapşırdığın kimi bacardığım qədər özümü qorudum. Amma çox qanlı döyüş oldu. Neçə yoldaşımızı şəhid verdik. Sən məndən nigaran qalma. Hətta qayıtmasam da, qəm yemə! Təki Vətən sağ olsun! Özündən və qardaşlarımdan muğayat ol! Bir də səndən bir xahişim var, Ana! Qardaşlarımı döyüşə göndərəndə onların başına həna qoyma! Əsgərlər boyalı saçlarima güldülər. Allah amanında olasan, Ana! Salamat qal! Mehmet”.
Bir neçə ay sonra Çanaqqala savaşında Mehmetin sinəsi düşmən gülləsindən darmadağın oldu. Vida zamanı əsgərlər onun dövrəsinə yığışmışdı.
Vida anında Alay komandanı əsgərlərə anasının Mehmetə yazdığı məktubu oxudu: “Qorxmaz balam! Məktubunu aldım, salamat olmağına sevindim! Başının hənalı olmasından utanma, igid oğlum! Mən oğlanlarımı Vətənimə qurban demişəm! Heç qurbanlığın da başı hənasız olarmı, oğul?”.
Alay komandanı məktubu oxuyub qurtaranda gözlərindən iki damla yaş süzülüb məktubun üstünə düşdü. O, yaş gözlərini məktubdan ayırmadan, dodağının altında, yavaşca dedi:
- Məni də Vətənə qurban de, Ana, məni də! – ürək yanğısı ilə, yavaşca, desə də, əsgərlər eşitdi. Onların möhkəm səslə dedikləri: “Məni də!”, kəlməsi and sədasına döndü.
Gülzar İbrahimova qələmindən çıxan, Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş bütün əsərləri təsirləndirir, ürəyi döyündürür, düşündürür, sevindirir, kövrəldir. Elə buna görə də çox qiymətli və dəyərlidir. Biz dərsliklərimizi belə ədəbiyyatlarla zənginləşdirməliyik ki, şagirdlərimiz maariflənsin, dostunun və düşməninin kim olduğunu daha erkən yaşlarından bilsin.
Gülzar İbrahimovanın Türkiyə və Azərbaycanla bağlı bütün əsərləri sevgi, qardaşlıq, sədaqət, dostluqla zəngindir. Bu əsərlərin təsir gücü böyükdür. “Mən də Türkəm” şeri buna misaldır:
Türk, uca tut bayrağı,
Fərəhlənsin türk xalqı,
Düşməninə göz dağı,
Yaşa, TÜRKÜN BAYRAĞI!
Türkə qənim kəsilən,
Eşit, bil, mən də türkəm!
Qardaşım türk, bacım türk,
Ən yaxın sirrdaşım türk...
Əcdadım türk, babam türk,
Nəslim-nəcabətim türk,
Dədəm Qorqud, Atatürk,
Biri-birindən müdrik...
Türk nə düşmən bağışlar,
Nə xaini unudar.
Nə də pislik edənin,
Qisasın yerdə qoyar...
Qoy bilməyənlər bilsin,
BÜTÜN DÜNYA EŞİTSİN!
Nə silahdan, nə oddan,
Türk xalqı deyil qorxan!
Türk heç vaxt andı pozmaz,
Türk dostu darda qoymaz,
Daha heç vaxt ayrılmaz,
Türkiyə, Azərbaycan!!!
Gülzar İbrahimova yaradıcılığında Qarabağ uğrunda savaşda Azərbaycanın və Türkiyənin birgə, əl-ələ verib qazandığı Zəfər sevinci paylaşılır, bölüşülür.
Buna misal olaraq Gülzar İbrahimovanın “Biz birik” miniatür hekayəsini misal göstərə bilərik:
“Biz qardaşıq, sirdaşıq, yaxın dostuq. Biz birik. Türklər və azərbaycanlılar. Tarixi bilən hər kəs bilir ki, biz də türkük. Bəli, mən də türkəm. Türkün uca adı və ləyaqəti ilə həmişə fəxr edən türk. Millət olaraq birik. Tariximiz, islami dəyərlərimiz, adət-ənənələrimiz, sevincimiz, kədərimiz həmişə eyni olub. Eyni faciəyə kədərlənib, eyni sevincə sevinə bilirik. Düşmənlərimiz də, dostlarımız da eyni olub.
Bizi uzaq sərhədlərlə ayıran Vətənlərimizdir. Əslində isə sərhədlər heç bir millləti ayıra bilməz, ürəklərdə bağlılıq, sevgi varsa.
Türkiyə və Azərbaycan arasında ta qədimdən bir-birinə qarşı elə bil dostluq, qardaşlıq var ki, bu bağlılığı, bu doğmalığı heç vaxt ayırmaq mümkün deyil. İllərlə bizi ayırıb aramıza nifaq salmaq istəyənlər olub. Nəticədə birlik, dostluq qalib gəlib. Türk harda olur olsun, dara düşəndə yanında türkü görüb. Biz də həmişə dara düşəndə dönüb arxaya baxanda türkü görmüşük. Türk həmişə bizə arxa olub, biz də çətin anlarda türkün yanında olmuşuq. Bu tarix boyu belə olub, indi də davam edir”.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2025