Mobil versiya
“Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib.
Tarix: 02-07-2025 | Saat: 11:03
Bölmə:Özəl | çapa göndər

“Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib.


1 iyul 2025-ci ildə Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kitab Evi” İctimai
Birliyinin həyata keçirdiyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihə
çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” antologiyasının
təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə təşkilatın sədri və layihə rəhbəri fil.ü.f.d. Adilə
Nəzərova açıb və layihə haqqında və Antologiya haqqında geniş məruzə edərək
qeyd edib ki, Qarabağ Zəfərindən sonra turançılıq ideyaları digər sahələrdə olduğu
kimi ədəbiyyatda da aktual mövzulardan birinə çevrilib. Doğrudur, turançılığı
təkcə coğrafiya ilə əlaqələndirmək olmaz, hansı coğrafiyada türk toplumu varsa
orada bu ideya vardır, amma Azərbaycan turançılıq ideyasına daha çox can atan və
bu birliyə çalışan ölkədir. Bəlkə də bu, bir az da hazırda ölkəmizin gündəmində
olan məsələlərlə əlaqəlidir, amma ümumilikdə ideya özlüyündə daha geniş anlam
kəsb edir: Bu, əsasən İsmayıl bəy Qaspıralının dediyi kimi: “Dildə, işdə, fikirdə
birlik” ideyasıdır. Antologiyada yer alan nəzm və nəsr əsərlərində vətənpərvərlik
ruhu, birlik, bərabərlik, türkçülük və turançılıq ideyaları mühüm yer tutur.”
Tədbir iştirakçıları layihəni yüksək dəyərləndiriblər. Çıxış edənlərdən yazıçı
Səfər Alışarlı, Jalə Cəfərova, Xanım Mehdixanlı, türkoloq Ələsgər Siyablı,
professor İbadulla Ağayev, Hümeyir Əhmədov, ədəbiyyatşünas-alim Aygün
Bağırlı, şair Yusif Nəğməkar, Qulu Ağsəs, Ramiz Rusarçaylı, Təranə Məmməd,
İlqar Türkoğlu qeyd ediblər ki, bu gün təqdimatına toplaşdığımız bu antologiyada
yer alan əsərlər heç də Qarabağ Zəfəri, o zəfərdən daha da güclənən turançılıq
ideyaları haqqında gəlişigözəl sözlər, fikirlər deyil, bu əsərlərdə Azərbaycan
xalqının, eləcə də türk toplumunun arzuları, ümidləri və inancları birləşib.
Əsərlərdə mövzu ilə bağlı xalqımızın (və digər türk xalqlarının) milli dəyərləri və
turançılıq ideyaları işıqlandırılır. Bu da xalqın milli ruhunu yüksəldir, onu bir milli
ideya ətrafında daha sıx birləşməyə səsləyir.
Tədbirdə vətənpərvər şeirlər səslənib və aşıq Fikrət Cəfəroğlunun ifası
dinlənib.

“Kitab Evi” İctimai Birliyi

Fuad BİLƏSUVARLI

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2025