Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr və görüşlər keçirilib -Fotolar
Tarix: 02-07-2025 | Saat: 11:32
Bölmə:Parlament | çapa göndər

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətin 30 iyun–1 iyul tarixində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində işgüzar səfərdə olub. Spiker Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın iştirakı ilə keçirilən forumun açılış mərasimindən sonra tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
Forumun Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə keçirilən “Strateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə əldə olunmuş razılaşmalar və onların həyata keçirilməsinə nəzarət” mövzusunda birinci panel sessiyada parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Əminə Ağazadə mövzu üzrə çıxış ediblər.
“İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar” mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq edib. Bu sessiyada deputatlar Azər Kərimli, Azər Badamov və Tahir Mirkişili çıxış ediblər.
Deputat Bəxtiyar Əliyevin moderatorluğu ilə "Əqli kapital və rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda keçirilən üçüncü panel müzakirələrində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Samir Vəliyev, Fariz İsmayılzadə, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə keçirilən və “Mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq” mövzusuna həsr olunmuş dördüncü panel sessiyada isə deputatlar Günay Əfəndiyeva, Cavanşir Feyziyev və Müşfiq Məmmədli çıxış ediblər.
Forumun beşinci panel sessiyası “Yaşıl gələcək: ətraf mühitin mühafizəsində və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu” mövzusuna həsr olunub. Bu mövzuda müzakirələrə Milli Məclisin deputatı Fatma Yıldırım moderatorluq edib, deputatlar Nigar Arpadarai və Eyvaz Qurbanov isə müzakirələrdə çıxış ediblər.
Forumun sonuncu – altıncı panel sessiyası “Cəmiyyətin və dövlətin inkişafında qadınların və gənclərin səsi: parlament perspektivi” mövzusunda təşkil olunub. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə moderator olub. Mövzu üzrə isə nümayəndə heyətinin üzvləri Könül Nurullayeva və Nigar Məmmədova çıxış ediblər.
Forum çərçivəsində Milli Məclisin deputatları özbəkistanlı həmkarları ilə də görüşüblər. Nümayəndə heyətlərinin qadın deputatları arasında keçirilən görüşdə Tənzilə Rüstəmxanlı, Fatma Yıldırım, Könül Nurullayeva və Günay Əfəndiyeva iştirak ediblər. Görüşdə xalqlarımızın oxşar tarixi, mədəni və mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Söhbət zamanı ölkəmizdə ailə institutunun qorunması istiqamətində görülən tədbirlər, bu istiqamətdə mövcud olan qanunvericilik bazası haqqında məlumat verilib. O cümlədən, dost, qardaş xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində parlament müstəvisində atılan addımlar da təqdir olunub.
Dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Əminə Ağazadə, Nigar Məmmədova və Anar Məmmədov iştirak ediblər. Görüşdə bu forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında yeni əməkdaşlıq mexanizminə çevriləcəyi qeyd olunub. Vurğulanıb ki, iki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Qanunvericilik orqanları, o cümlədən, parlamentlərin dostluq qrupları da xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsində özünəməxsus rol oynayır.
Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-07-2025