Mobil versiya
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub
Tarix: 02-07-2025 | Saat: 14:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

aia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2025