Mobil versiya
İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm - Mariana Vasileva
Tarix: 12-02-2022 | Saat: 11:15
Bölmə:İdman | çapa göndər

İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm - Mariana Vasileva

İdman sahəsinə göstərilən xüsusi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.

AİA.Az xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Batut gimnastikası üzrə Dünya kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

"Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar! Sizi yenidən Bakıda salamlamağa şadam!

Cəmi üç ay əvvəl Azərbaycan Gimnastika Federasiyası batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatına və 28-ci Dünya Yaş Qrupu yarışlarına ev sahibliyi etmişdir. Gimnastikada batut və tamblinq növlərinin inkişafına, ümumilikdə idman sahəsinə göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Mehriban xanım Əliyevaya təşəkkür edirəm!

Çox şadam ki, pandemiyanın ağır günlərindən sonra yenidən bir yerdəyik. Bu o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir.

Buraya 14 ölkədən 63 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlu yarışlar, cansağlığı və yeni qələbələr arzulayıram! Batut Gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm!" - deyə o qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024