Mobil versiya
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Tarix: 25-01-2022 | Saat: 17:13
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil -

Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi və virusa yoluxub sağalanların kifayət qədər olması nəzərə alınaraq karantin müddəti 14 gündən 7 günə endirilib.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Omikron" ştammı sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, ağırlaşma ehtimalı azdır və xəstəlik sürətli başlasa belə qısa müddətdə sona çatır. Bu ştamm ilk 3 gün yoluxduruculuq qabiliyyətinə malik olur, daha sonra zəifləyir. Bütün bu reallıqlar nəzərə alınaraq, xəstələrin 7 gün karantində qalma müddəti kifayətdir. Bəzən olur ki, insanların xəstəliyi daha çox davam edir. Belə olduqda həmin şəxslərin çölə çıxması məsləhət görülmür. Xəstəliyi yüngül keçirən şəxslərə isə çölə çıxdıqda maska taxması tövsiyə olunur", - deyə o qeyd edib

Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar dünəndən qüvvəyə minib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024