Ötən həftə dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb - ÜST
Tarix: 13-01-2022 | Saat: 09:17
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ötən həftə ərzində (3-9 yanvar) "omikron" ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma hallarının sayında rekord artım qeydə alınıb.
aia.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Son bir həftə ərzində ÜST-yə dünya üzrə 15 milyondan çox yeni COVID-19 halı barədə məlumat daxil olub. İndiyə qədər bu, bir həftə ərzində qeydə alınmış ən yüksək göstəricidir", - deyə baş direktor bildirib.
O qeyd edib ki, koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasına səbəb "omikron" ştammının yayılmasıdır.
ÜST-nin baş direktoru bir daha peyvənd olunmağın zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi hələ də əhalisinin 40 faizini belə peyvənd etməyib, bu ölkələrin 36-sı isə əhalisinin 10 faizindən azını peyvənd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024