2022-ci il sentyabr döyüşlərindən bəri hazırlıq gedirmiş – 4 bölgədə qurublar
Tarix: 13-09-2026 | Saat: 11:14
Bölmə:Ölkə | çapa göndər

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanın bir sıra bölgələrində təcili tibbi yardım imkanlarını genişləndirib.
aia.az xəbər verir ki, söhbət əsasən Azərbaycanla şərti sərhəddə yerləşən bölgələrdən gedir. Təşkilat Vayk, Cermuk, Qafan və Basarkeçərdəki tibb mərkəzlərində təcili yardım şöbələri yaradıb, mövcud bölmələri isə yenidən təchiz edib.
BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, bu layihələrin bir çoxuna 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi eskalasiyadan sonra başlanılıb.
Onun sözlərinə görə, sərhədyanı yaşayış məntəqələrində təcili tibbi yardım göstərilməsi üçün lazımi şərait kifayət qədər olmayıb. Buna görə BQXK həmin ərazilərdə müvafiq şöbələrin yaradılması və tibbi avadanlıqla təmin olunması istiqamətində layihələr həyata keçirib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, BQXK bu hazırlığı məhz Azərbaycanla şərti sərhədə yaxın və vəziyyətin həssas olaraq qaldığı ərazilərdə aparır. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası prosesi hələ tam başa çatmayıb. Bu baxımdan 2022-ci ilin sentyabr döyüşlərindən sonra Vayk, Cermuk, Qafan və Basarkeçərdə təcili tibbi yardım infrastrukturunun gücləndirilməsi mümkün yeni eskalasiyalar zamanı yarana biləcək fövqəladə vəziyyətlərə hazırlıq tədbiri kimi də qiymətləndirilə bilər?musavat
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2026