Mobil versiya
Egey səmasında yeni gərginlik - 6 türk F-16-sı havada
Tarix: 13-09-2026 | Saat: 01:06
Bölmə:Dünya | çapa göndər

Egey səmasında yeni gərginlik - 6 türk F-16-sı havada


Yunanıstan Egey dənizində Türkiyəyə məxsus döyüş təyyarələri və pilotsuz uçuş aparatları ilə bağlı yeni ittihamlar irəli sürüb.

aia.az xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyəni Yunanıstan hava məkanını 10 dəfə, Afina Uçuş Məlumat Rayonunda (FIR) uçuş qaydalarını isə daha 10 dəfə pozmaqda ittiham edib.

Məlumata görə, Egey dənizi üzərində Türkiyəyə məxsus 6 ədəd F-16 qırıcısı və 3 pilotsuz uçuş aparatı qeydə alınıb. Yunanıstan tərəfi F-16-lardan dördünün silahlı olduğunu bildirib və bu uçuşların bir qismini hava məkanının pozulması kimi qiymətləndirib.

Məsələnin əsas mübahisəli tərəflərindən biri Afina və Ankara arasında hava məkanının sərhədləri ilə bağlı uzun illərdir davam edən fikir ayrılığıdır. Yunanıstan öz milli hava məkanının sahildən 10 dəniz mili məsafəyədək uzandığını bildirir. Türkiyə isə Yunanıstanın ərazi sularının 6 dəniz mili olduğu ərazilərdə hava məkanının 10 mil hesab edilməsini qəbul etmir. Buna görə də Afina bəzi türk hərbi təyyarələrinin uçuşlarını pozuntu saydığı halda, Ankara həmin təyyarələrin beynəlxalq hava məkanında olduğunu bildirir.

FIR məsələsində də tərəflərin mövqeləri fərqlidir. Afina Türkiyə hərbi təyyarələrinin Afina FIR zonasındakı bəzi uçuşlarını qayda pozuntusu kimi təqdim edir. Türkiyə isə beynəlxalq hava məkanında həyata keçirilən hərbi uçuşların mülki aviasiya üçün nəzərdə tutulan uçuş planı tələbləri ilə eyniləşdirilməsinə etiraz edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2026