Mobil versiya
İrandan "atom bombası" qərarı gəlir – Nüvə sazişindən çıxış üçün təcili layihə hazırlandı
Tarix: 13-09-2026 | Saat: 12:30
Bölmə:Dünya | çapa göndər

İrandan "atom bombası" qərarı gəlir – Nüvə sazişindən çıxış üçün təcili layihə hazırlandı


İranda nüvə siyasətinin kökündən dəyişdirilməsi ilə bağlı son dərəcə sərt çağırış edilib.

aia.az xəbər verir ki, İran parlamentinin deputatı Hüseynəli Hacı-Deliqani ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını və nüvə silahı üçün zəruri sınaqların mümkün qədər tez keçirilməsini istəyib.

Deputat bildirib ki, NPT-dən çıxmaq üçün üçqat təcili qanun layihəsi artıq hazırlanıb və bir qrup parlament üzvü tərəfindən imzalanıb. Layihə parlament rəhbərliyinin razılığı ilə səsverməyə çıxarıla bilər.

Hacı-Deliqani daha sərt çağırış edərək bildirib ki, İran “nüvə silahı üçün lazım olan sınaqları mümkün qədər tez keçirməlidir”. Onun sözlərinə görə, ölkənin nüvə çəkindirmə gücünə ehtiyacı var və mövcud şəraitdə nüvə silahına sahib olmaq zərurətə çevrilib.

İsrailin “Channel 14” kanalı isə bu açıqlamanı İranın NPT-dən çıxmağa və nüvə bombası sınağı keçirməyə hazırlaşması kimi təqdim edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-09-2026