Mobil versiya
Azərbaycanda daha bir dəhşətli qəza: İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var
Tarix: 13-09-2026 | Saat: 01:59
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda daha bir dəhşətli qəza: İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var


İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aia.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.

Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Zərdabda KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanmışdı. Hadisə nəticəsində 5 nəfər yanaraq həlak olmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2026