Mobil versiya
Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib
Tarix: 21-09-2021 | Saat: 11:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib

Bu gün Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları növbəti salamlama uçuşları keçirib.

aia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri iştirak edib.

Qeyd edək ki, bu gün İstanbulda "Texnofest-2021" festivalı başlayıb. Sentyabrın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-02-2025