Ana Sayfa > Manşet / Gündəm > Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib
Türkiyə və Azərbaycan qırıcıları Bosfor boğazı üzərində növbəti uçuşlar keçirib21-09-2021, 11:34. Yazar: sevinc1 |
Bu gün Bosfor boğazı üzərində Azərbaycan və Türkiyə qırıcıları növbəti salamlama uçuşları keçirib. aia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-yə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri iştirak edib. Qeyd edək ki, bu gün İstanbulda "Texnofest-2021" festivalı başlayıb. Sentyabrın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi təyyarələri nümunəvi uçuşlar həyata keçirəcək. aia.az Geri dön |