Mobil versiya
Naxçıvanda əsgərimiz günvurmadan vəfat edib
Tarix: 16-07-2015 | Saat: 14:31
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Naxçıvanda əsgərimiz günvurmadan vəfat edib


Naxçıvanda N saylı hərbi hissələrdən birində xidmət edən əsgərimiz vəfat edib

Musavat.com-un əldə etdiyi məlumata görə, əsgərin ölümünə səbəb günvurma olub.

Hadisə dünən- iyulun 15-də baş verib. Ötən ilin oktyabrında hərbi xidmətə çağırılan İman İmanov xidmət etdiyi hərbi hissədə günvurmadan dünyasını dəyişib.

Əslən Naxçıvan şəhərindən olan 1990-ci il təvəllüdlü İman İmanov 2008-ci ildə Naxçıvan Türk Liseyini bitirib. Ali təhsilini Türkiyədə İstanbul Texnik Universitetində alıb. Hərbi xidmətə getmək üçün Naxçıvana qayıdıb.

Qeyd edək ki, havaların isti keçdiyi vaxt orduda xüsusi rejim tətbiq olunur.

Bu barədə Müdafiə Nazirliyi mütəmadi olaraq məlumat yayır. Məlumatda havaların isti keçməsi ilə əlaqədar əsgərlərin kazarma şəraitində saxlanıldığı və günvurmadan qorunması üçün əlavə tədbirlərin görüldüyü bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə