Mobil versiya
Fazil Həsənov: “Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, qlobal humanitar problemlərin həllinə böyük töhfələr verir”
Tarix: 26-08-2021 | Saat: 14:30
Bölmə:Parlament | çapa göndər

Fazil Həsənov: “Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, qlobal humanitar problemlərin həllinə böyük töhfələr verir”

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkənin ictimai-siyasi həyatının əksər sahələrini əhatə edir və xalqımız tərəfindən rəğbətlə qarşılanır. Lakin bu fəaliyyət sadəcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhfələr verir.

Təsadüfi deyildir ki, 2004-cü ildə Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə isə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri titulu verilmişdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, eyni zamanda, hər iki mötəbər təşkilatın səfiri olsun. Bu, Mehriban xanımın dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan haqlı olaraq dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Artıq uzun müddətdir ki, həm də UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi ali ümumbəşəri missiyanı həyata keçirən Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən möhtəşəm layihələr bu gün sadəcə Azərbaycanda deyil, eyni zamanda bütün dünyada qlobal humanitar problemlərin həllinə misilsiz töhfələr verməkdədir. Fondun xətti ilə indiyədək Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir.

Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Son illər həyata keçirilən tədbirlər içərisində körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli dövlət qayğısı xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bu sahədə fəaliyyət göstərəcək bilikli, savadlı, geniş dünyagörüşünə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır.

Əlbəttə ki, Azərbaycanda uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Belə ki, Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana – yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır. Onun təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilmiş, nəzərdə tutulan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə çevrilib. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır.


Fazil Həsənov,
İsmayıllı Suvarma Sistemləri İdarəsinin rəisi,
YAP İsmayıllı rayon təşkilatının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2024