Mobil versiya
Göyərçinin qəribə sevgi hekayəsi…..
Tarix: 15-07-2021 | Saat: 13:25
Bölmə:Yazar2 | çapa göndər

Göyərçinin qəribə sevgi hekayəsi…..

Səma Muğanna

Proloq

Göyərçin…Bu səhifələri o dəftərə yazmamış,nə tez unutdunuz o günlüyü cırıq-cırıq edib,atdığını? Yazdıqca gözlərindən axan yaşları.Insanlara nifrəti ilə yazırdı və o 25 yaşına doğru addımlayırdı.Bəli,düz dediniz o,bir gənc qız idi.Sarı saçları vardı və məsum siması.Bəlkə də ətrafımızda gördüyümüz çirkin,iyrənc qızların ən məsumu..Çox çətin idi,çox…Onun bu həyatla addımlaması çox çətin idi…Xarakteri də mürəkkəb idi və sizə söyləyim ki,insanları ən çox dünya boyda sevgiylə qucaqlayan idi,ancaq yaxınlarının bir hərəkəti ilə istər yaxın,istər yaxın olmayanlara olan sevgisi nifrətin ən acımasızına çevrilərdi…

Yaradıcılıqla məşğul olardı,ancaq Göyərçin həyatı insanların yalan baxışlarıyla izləmirdi.O,reallıqda yaşasa belə,reallığı sevməzdi.Sadəcə tək söz söylərdi ki: “Mənim bir dünyam var və orada məni sevənlərlə yaşayıram.” Göyərçin çox çətin xarakterli idi dedim,xeyr çətin deyildi.Sadəcə insanlar idi onu qəddar və zalım edən.Çox təmizqəlbli idi(dostlarının söylədiyi kimi)Qəlbi kiçik körpə kimi məsum idi.Çöhrəsi də təmiz və gözəl idi.

Və son…Bu səhifələr bir zaman xatırlanacaq,hətta onlar belə ağlayacaq,çünki Göyərçin bu səhifələri sevərək deyil nifrətinin,sevgisinin vəhdətindən yazmışdı.Tək dostu boş,lazımsız,istifadə edib görmədiyiniz dəftərin səhifələri idi.Göyərçin o səhifələrə nifrətini,sevgisini yazarkən tək o dəftərdə sirrli gizlənərdi sözlər…

O qatar gecikdi və bir daha geri dönmədi.Heç unutdunuz ki,o qatarla uzun səyahətə çıxan kim idi? Göyərçin…Nə tez unutdunuz?




1-ci bölüm

Düşüncələr məngənəsində….



Soyuq,sərt qış axşamı idi.Hər zamanki kimi qaranlıq otaqda idim.Çox səssizlikdi və mən o səssizliyi pozmaq üçün mahnı oxuyardım.Sanki o mahnıdakı misralar da ağlardı qəlbimdə böyüyən körpə kimi..Çox tez idi.Dostumun xəyanətiylə üzləşmişdim və bundan heç kimin xəbəri yox idi.Çox fikirli idim.Elə bil heç yaşanmamış kimi donuq vəziyyətdə divarlara baxırdım.Sadəcə ağlımda onun haqqında olan düşüncələr idi.Sanki ondan başqa heç bir şey düşünə bilmirəm kimi..Yox,qətiyyən sevmirəm mən!-deyə inkar edərdim,ancaq sonra: -Göyərçin,sən təksən otaqda.Xəbərin var,yoxsa dəli olmusan?-deyə öz-özümə danışardım…

Göyərçin…Əslində adım Röya idi..Sadəcə Göyərçin kimi məsum və sakit idim.Hə,harda qalmışdım? Aaa…Dəli olmağımda.Yox,mən sevmirəm.Sadəcə…Sadəcə mən…Sadəcə o mənim dostum idi bu qədər.Sevən o idi.Bəzən əslində ona da əmin ola bilmirdim.O həqiqətən sevirdi,yoxsa yox? Bilmirəm…Çox heyranlarım var idi,lakin necə gizlədə bilərəm? Onun kimi sevən birisi olmaz düşünürdüm və sonunda dostluq xəyanətini görüb,onu o zaman sildim.Bilmirəm,söz gəlişi söylədim,bəlkə də silməmişəm.Eee.Bəsdi Röya,bəsdi! Heç onun haqqında da danışmırdım,necə sevə bilərəm?

Bu suallar məni çox yorurdu.Gecələri yuxularıma qonaq gələn tək o idi…Bilmirəm,bəlkə də mən dəli olurdum…

Bir az gözləyib,çarpayımdan qalxdım.Gecə idi,hava da çox soyuq.Saat 03:30.Yuxum elə bil məni tərk etmişdi.Içimdən: “Sənə nifrət edirəm,kaş səni görməzdim,tanımazdım” dedim,ancaq ona nifrət etmirdim.O sevgisindən dəli olan,hətta çıldıran gənc oğlan idi.Bir dostum ötəri hissdir,sən boş ver-dedi,amma elə deyildi.O anı,o dəqiqələri unuda bilmərəm.Bizim onunla çox xoş xatirələrimiz olub.Dostluq bağlılığımız olub bizim.Sevməsəm də,qəlbimdə,ruhumda onun yeri başqa idi.Sözlərlə ifadə edə bilmərəm,heç sevmirəm də ifadə etməyi də.Bu da məndə qalsın…

Çarpayımdan qalxıb,telefonumu əlimə alıb,rəfiqəm Aydana yazdım.Yuxum yox idi.Elə bil o da məni tərk etmişdi.Çox əsəbi və gərgin idim.Saat artıq 04:00 idi.Aydanla yazışırdım.Sonra o da yatmağa gedən zaman,mən bütünlüklə tək qaldım,ancaq sonra kimsə qulağıma pıçıldayırmış kimi: “tək deyilsən”-dedi.Ürpəndim.Işığı yandıra bilməzdim,o zaman çox qorxurdum.Dərin nəfəs alıb:-Röya,sakit ol,hər şey yaxşı olacaq deyə təkrarladım.Bu ifadəni ətrafımda olan bütün dostlarıma söyləyirdim,hətta tənbeh də edirdim.Ağlıma çox düşüncəsiz fikirlər və suallar gəlirdi.Röya,sakit ol! Söyləməkdən də yorulmuşdum.Telefonumu kənara atıb,dəftərimi əlimə aldım.Əlimdə idi,ancaq yaza bilmirdim.Sanki əllərim əsir,dodaqlarım quruyub,dilimdə dolaşan sözlər ölürdü.Bilmirəm,fikrim çox dağınıq idi.Heç vaxt gözləmədiyim hadisəylə qarşı-qarşıyaydım və bu məni çox incidirdi.Telefonum və qulaqcıqlarımı yanıma alıb,həzin musiqi dinləmək istədim.O an dəftərimə qəfildən:

Gözlərin sevgidən deyil,sanki səssiz çalınan musiqidən bəstələnmişdi…


Bu sözlər dilimdə idi.Dodaqlarımda deyil,qəlbimlə oxuyardım.Bir mahnı qoşub,yazmağa başladım.

• Qanadlarımda yaşayardı sevgi.Həm yaşayır,həm də ölürdü.Ən səssiz və lal olmuş dünyaya bənzərdi.Çox həssasdım,eynən sənin kimi.O sən idin? Söyləmədən hiss edərdim sözləri.Içində söylərdin,bilirəm.Kiçik körpənin ağlaması kimi idi səs tonun. “Səni sevirəm” söyləyə bilmərəm,nə də qəlbimi paramparça etdiyini,o qəlbdə öldün.Sən çox qəddar,mən isə qürurlu oldum..

Son sözləri yazarkən,elə bil hər hansı qüvvə yazmağıma imkan vermədi.Dayandım və yastığımın sol hissəsinə dəftərimi qoyub,uzandım.Ağlımda sadəcə dəftərimə yazdığım misralar təkrarlanırdı.O və məni incidən ruhu “getmə”, “getməə…” deyən kiçik,yaramaz uşaq kimi görünən siması idi.Bu bir yuxu idi,yoxsa reallıq? Yoxsa…Yoxsa mən düşünürdüm deyə bu hadisələr gözümün önündə canlanırdı? Sən kim idin? Axı niyə sən-dedim və özüm də bilmədən yuxuya daldım.



Günorta idi.Saat 14:00.Bir an telefonuma zəng gəldiyini eşitdim.Zəng edən dostum Kamran idi.Mənim ruh dostum,amma çox dəli idi.Siz bilmirsiz Kamranı..Ahh,Kamran…Telefonumu götürüb,özümü toparlayıb zəngi açdım:

-Alo?Röya,salam.(Kamranın səsi çox həyacanlı idi)

-Salam,sabahın xeyir,dostum.

-Dostum,saat 14:00,yoxsa sən yeni oyanmısan?

-Hə.Mənim üçün hələ sabahdır.

-Dəli qız.Oyan,sənə çox gözəl xəbərlərim var.

-Nə xəbəri?(xəbər eşidən zaman necə xoşbəxt olduğumu təsəvvür edə bilmərəm.

-Yeni bir layihəyə üzv olmusan.Yazarlarla bağlıdır.

-Aha? Davam et.Səsi çox həyacanlı idi,tir-tir əsirdi.

-Yox,bu telefonluq söhbət deyil,görüşməliyik.Sonra səni layihənin müdiri ilə tanış edəcəm.Vaxtımız azdır.Aydana da zəng et de.Tez ol,tez.

Məni tələsdirdi,zəngi də qapatdı.Ümumiyyətlə Kamran çox səbirsiz idi.Mən isə hələ də çarpayımda o tərəfə,bu tərəfə fırlanırdım.Saçlarım qarışıq,dəli kimi idim.Sonra çətinliklə də olsa ayağa qalxdım və zəng gəldi.Kamran idi.

-Sənə demədim hazır ol?! Nə çox yatırsan,tənbəl.Qalx,ayağa.Hə,sənin də nədən bu cür olduğunu soruşacam,dostum.

-Kamraaan!

-Qışqırma,o vaxta qədər hazırlaş.Layihə rəhbəri bizi gözləyir,vaxtımız çox azdır.Mən gedirəm həmişəki oturduğumuz cafeyə.Aydana zəng etdin?

Bir anlıq yox söyləmək istədim,amma Kamranın dəli olacağını bilib:O da gəlir,gəlirik dedim.Zəngi qapadıb,ilk işim Aydana zəng etmək oldu.

-Aydan,gedirik.

-Ay qız,nolub? Bu nə həyacan,nə stress? Elə bil imtanan verirsən.

Həqiqətən də elə idim.Çox həyacanlı və stressli idim.Aynanın qarşısına keçən zaman həqiqətən də Aydanın dediklərini doğru olduqlarını görüb,utandım.Dodaqlarımın altından söylənərək:-Röya,sən bu deyilsən.Özünü toparla-dedim.Üzümə şillə vururam elə bil.Öz-özümə danışırdım.Aydan o an:

-Röya,nolub? Öz-özünə niyə danışırsan?

-Ay,Aydan,üzr istəyirəm.Bilmirəm deyəsən dəliyəm,ya da dəli olmağa doğru gedirəm.

-Özünü toparla.Mənə nə deyəcəkdin?

-Kamran mənə indicə zəng etdi.Tam anlamadım,ancaq söylədi ki,bir layihəyə üzv seçilmişəm.Yazarlarla bağlıdır.

-Röyam,quzum,bunu bayaqdan söyləsən? Nə gözəl,çox sevindim!

-Mən də təəccübləndim.Kamran da bizi həmişəki oturduğumuz cafeyə çağırır.Danışmalıdır bizimlə.Dedi ki,Aydanı da al,gəlin.Indi bizi gözləyir,tələsməliyik.

-O zaman hazırlaşıb,çıxıram-dedi Aydan.

Zəngi qapatdım.Çox sevincli idim və ümid edirdim ki,hər şey çox uğurlu olacaq.Birdən gözlərim yastığım altında gizlənən dəftərimə baxdı.Sanki mənimlə söhbət etmək istəyirdi.Düzdü,vaxtım yox idi,ancaq dözə bilməyib dedim yazım.O dəftər mənim dərdlərimin,sirrlərimin ortağı idi.Bəzi sirrlər var ki,heç onları nə Kamran,nə də Aydan bilməzdi.Yazmağa başladım:


Yanvar ayı

Bilmirəm.Bəlkə də son sözlərim idi yazdığım.Heç vaxt sevməyən,lakin sevgini ilk öyrənən Göyərçindim.Sənin solmuş budaqlarına qonan və onları sevgiylə sağaldan,yarpaqlarındakı yaralara məlhəm olan Göyərçin.Mən..Mən artıq yeni bir həyata başlanğıc edirəm,dostum.Səni unutdum,unudaram,ya darıxıram,darıxmıram sözlərini sual altında yaşadıram.Onlar naməlum olaraq qalsın.Sadəcə son sözüm:Mən həyatın qollarından bərk-bərk tutaraq,yeni başlanğıc edirəm.Hər şey üçün sənə təşəkkür edirəm.Sənə nifrət edirəm,söyləmirəm,ancaq gözlərim yorğun,qəlbim isə boşdur.Onlar da səninlə getdi.Salamat qal,qəlbimdə nifrətini böyüdən,lakin ruhumda uşaq kimi yaramazlıq edən dostum…


Dəftərimə bu sözləri yazıb,kənara atdım.O dəftəri məndən başqa heç kəs bilməz,oxumazdı.Yenə də kənarda qalmağını istəmədim.Yastığımın altında gizlədib,hazırlaşmaq üçün aynanın qarşısına keçdim.Həqiqətən də bu gün yeni bir başlanğıc günü idi.Həyatımın ən acılı,kədərli günlərini geridə qoyub,yeni həyata ilk qədəmləri atacaqdım…










2-ci bölüm

Gerçəkləşən xəyallar…





Aydanla gedirdik.Yol boyu səssiz şəkildə Aydanın maşınında getdik.Aydan bu səssizliyə dözə bilməyib:

-Röya,yaxşısan?

-Yaxşıyam.(yaxşı deyildim,hətta artıq halımı Aydan da hiss etmişdi)Özümü toparlayıb:həm də çox yaxşıyam!

-Halsız görünürsən,amma təki sən deyən olsun…

Aydan hiss etmişdi mənim necə olduğumu.Gözlərim çox yorğun,dodaqlarımda sözlər isə ölü idi.Bir nöqtədən başqa heç bir şey izləməzdim,amma tək düşündüyüm o layihəyəylə bağlı idi.Kamran nə deyəcək? Necə olacaq?-deyə stress yaşayırdım.

Gəldik,çatdıq.Kamran bizi gözləyirdi.Axır ki,gəldiniz-deyib içindən bir ahhh çəkdi.

-Gəlin,oturun,sizinlə uzun söhbətim var.

Deməli belə.Röya və Aydan məni diqqətlə dinləyirsiz.Bu çox ciddi bir işdir.Siz ikiniz də məsulliyətlisiniz,əsas da Röya sən.Diqqətlə dinlə.Dünən işdə sənədlərlə məşğul idim,telefonuma zəng gəldi.Layihə barəsində.Dedilər ki,biz mütləq Röya xanımla görüşməliyik,amma biz onunla əlaqə yarada bilmirik.Dedim ki,mən onu tanıyıram,mütləq məlumatlarınızı çatdıracam.Sən özün haqqında olan məlumatların hər birini bir vərəqə yazmalısan və onu biz aparıb təhvil verməliyik.Tez,qələm kağızın var yanında?

-Əlbəttə,var.Daima çantamda küçəyə çıxarkən belə üstümdə gəzdirərdim.Yazı yazmağı çox sevirdim.O məni rahatladırdı.

-Lap əla.Indi bir-bir yaz və burdan qalxıb gedirik o ofisinin müdiriylə danışmağa.

-Kamran,axı sən dəqiq məlumat vermirsən.Bu nə ilə bağlıdır?

-Dedim axı,Yazarlarla bağlıdır.Bir iclas keçiriləcək,tez-tez ora çatmalıyıq.

Özüm haqqında məlumatları yazdım və ayağa qalxıb,maşına minib getdik.Yol boyu düşünürdüm.Çox qəribə idim,həm də fikirli.Heç necə gəldiyimizi bilmədim.

-Gəldik?

-Hə.Gəlin,gedək.

Böyük bir ofisə daxil olmuşduq.Inanılmaz dərəcədə möhtəşəm idi.Içəri daxil olan kimi:-Röya xanım,sizsiniz? Buyurun,Kənan bəy sizi gözləyir.

-Biz Aydanla burada gözlərik.

Heç mənim söz söyləməmə imkan verməyib,içəri daxil etdilər.

Öncəliklə Kənan bəy mənə çox soyuq biri kimi hiss doğurdu.Çox soyuq,eqoist.Elə deyilmiş.Mənə gülümsədi və əlindəki sənədləri təqdim etdi heç bir söz söyləmədən.Sənəddə yazılanları oxuyarkən mən təəccüb və həyəcan içində idim. Röya Əliyeva,siz Yazarlar klubunun müdiri seçilmisiniz!

Mən gözlərimə inana bilmirdim.Bu zamana qədər xəyalımda canlandırdığım,lakin reallıqda ola bilməyəcək diləyimlə qarşı-qarşıyaydım.O an əllərim titrədi,nə söyləcəyimi bilmədim.Işimdən razı idim,ancaq bu cür olacağını heç düşünməmişdim.O qədər xoşbəxt idim ki,bəlkə də heç xoşbəxt olmadığım kimi.Kənan bəy məni bu cür görən zaman:

-Sizi təbrik edirəm,Röya xanım,siz buna layiq idiniz,daha da möhtəşəmlərinə layiqsiniz.

-Təşəkkür edirəm..(o an o sözdən başqa heç bir söz söyləyə bilmədim,heç kimi düşünə bilmirdim.) Birdən Kənan bəy məni o xəyaldan oyandırıb:

-Röya xanım,artıq böyük bir işə sahibsiniz.Bəli,sizi mən təyin etmişəm.

-Kənan Bəy,siz məni əvvəldən tanıyırdız?

Bir anlıq susdu,qəribə idi simama da heç baxmırdı.Bilmirəm niyə.Sonra özünü tez toparlayıb,gülümsəyərək:

-Sizi tanıdan Kamran bəy oldu.Kamran bəylə sizin barənizdə uzun-uzun söhbət etmişik və mən də düşündüm ki,bu cür istedadlı,mükəmməl xanımın zəhməti yerdə qalmamalıdır,o tanınmalıdır!

-Təşəkkür edirəm-söyləyib və otağından çıxmaq üçün icazə istədim.O isə tək söz söylədi:

-Gələn səfərlərdə görüşmək ümidi ilə,görüşəcəyik də!

Bu söz məni çox tutmuşdu,amma yenə də həmin an beynimi o cür qarışıq fikirlərlə yormaq istəmədim.Tək düşündüyüm yazılarımın üzərində işləmək,özümü inkişaf etdirmək,işim barəsində daha məsuliyyətli olmaq idi.Axı mən artıq bir müdir idim.Bütün iş üstümdə idi.

Ofisin aşağısında Kamran və Aydan məni gözləyirdi.Hər ikisinin də simasındakı təbəssüm o qədər içdən idi ki,o an yalnız olmadığımı bir daha hiss etmiş oldum.Onlar mənimlə işimə qədər gəldilər.Mən:

-Ikinizə də təşəkkür edirəm,əsas da Kamran sənə.Çox təşəkkür,minnətdaram sənə.

-Sən zirvədə olmağa layiqsən,bu daima da elə olacaq!

Ofisə daxil olan zaman hamı məni təbrik etdi.Tək Ayseldən başqa.Aysellə danışmazdıq,əslində hər birini edən Aysel idi.Dostumla da(indi onun barəsində danışmıram) söz gəlişi dedim,həmişə onu mənə qısqanırdı.Aysel dəlicəsinə ona aşiq idi.Sevirdi,ancaq o da Ayselə fikir verməz,yanından ötüb keçərdi.Çox kobud,çox zəif,çox çirkin idi.Bilmirəm..Nə isə onun barəsində danışmaq istəmirəm.Işdəkilər mənə “Röya xanım” müraciət etmək istərkən,mən dedim ki,səmiyyətimiz əvvəl necə idisə,elə də olsun.Sadəcə hər birimiz işimizə çox diqqətli yanaşmalı və sadiq qalmalıyıq.Biz birlikdə bacaracağıq.

Axşam idi.Saat 19:00.Evə gəldim,çox yorğun idim.Səhəri də şənbə idi,deyə yazıları sabah redaktə edəcəyimi düşündüm.Telefonumu səssizə alıb,həmin an yuxuya daldım.

Səhər oyanərkən saat 10:00 idi.Telefonumu açan zaman naməlum şəxsdən 7,8 dəfə zəng gəlmişdi.Geri zəng etmək istərkən bir az gözlədim.Elə bil kimsə qulaqlarıma fısıldayaraq:Etmə-söyləyirdi.Mən dözmədim,zəng etdim.Telefonu açan zaman heç kim danışmırdı.

-Alo,salam.Sizin nömrədən mənə zəng gəlib.

……….

Alo?

Zəngi tez tələsik qapatdı.Mən o an anlamadım,telefonu kənara qoyurdum ki,mesaj gəldi. Çox peşmanam,çox..Ölürəm,artıq…Artıq barışaq.Yalvarıram sənə…Dediyim yerə gəl…

O an şok oldum və hirsləndim.Çox həyəcanlı idim,telefon da həmin an əlimdən düşdü.Qorxdum.Ilahi,bu kim ola bilərdi? Cavab yazmadım.Bir az gözlədim,içim əsirdi o an.Qapı tıqqıldadı və mən lap çox qorxdum.Qapıya heç yaxınlaşmadım.Tez Kamrana,Aydana zəng edib,evə gəlməklərini dedim.Qapı artıq tıqqıldamır,döyülürdü.Ağlamaq və yalvarış səsləri gəlirdi,mən isə qorxumdan qapıya yaxınlaşa bilmirdim.Öz otağımı da kilidləyib,oturub Kamrangili gözlədim.Telefonuma o naməlum şəxsdən hələ də zəng gəlirdi.Yoxsa? Yoxsa..O? O ola bilməz,yox,yox…Axı? Bu onun nömrəsi deyildi? Kim idi axı? Daha da həyəcanlanıb qapının küncündə oturub,əllərimi üzümə tutub ağlayırdım.Həmin an Kənan bəy də zəng etdi,imkan olmadan O qapını qırdı.Məndən heç təsəvvür olunmayacaq dərəcə bir qışqırtı qopdu.Ayaqlarıma qapıldı.Mən onu itələyirdim,lakin o yalvarır,ağlayırdı.Siması heç təsəvvür olunmayacaq vəziyyətdə idi.Qolumdan tutub,gəl,gəl…Yalvarıram gəl-söyləyirdi,ancaq mən onu itələyirdim.Yaxşı ki,Kamran Və Aydan yetişdi.Kamran məni o cür vəziyyətdə görən zaman dəli olmuşdu.Onu ayağımın altından çəkib ölənə qədər döydü.Biz onun əlindən nə qədər almaq istəsək də:Qızlar,çəkilin! Deyirdi…O huşunu itirdi və Kamran geri çəkildi.Biz qorxu və təlaşlıydıq.

Xəstəxanaya qaldırıldı və Kamrandan şikayətçi olduğunu söylədi.Kamran isə həbs olunub,1 il müddətinə cəza alacağına qərar verildi.

O an ən hüzünlü gün idi.Bəlkə də mən xoşbəxt ola bilməzdim.Bütün xoşbəxtliklərim uşaqlıq illərimdə və dostumla olan xatirələrim idi.Məni tərk etmişdi xoşbəxtlik.Artıq sevmirdi məni.

Işə gedəcəkdim.Əslində onu da ziyarət etməli idim(nə etməsinə baxmayaraq) xəstəxanada idi,ancaq işə də getməli idim.Bütün işlər mənim üstümdə idi,həm də çox ayıb idi,ilk gündən.Kənan bəy soruşacaqdı ki,niyə ilk gündən bu cür hərəkət? Düzdür,o bəhanələr axtarmayacaq,məni təhqir etməyəcəkdi,ancaq yenə də.

Maşına mindim və yoluma davam etdim.Edirdim,lakin sürət daha da artırdı.Çox fikirli idim,heç o an heç bir şey düşünə bilmirdim.Qarşıma belə baxmadan maşını sürürdüm.Telefonuma zəng gəldiyini gördüm.Kənan bəy idi.Uzun müddət telefonun ekranını izlədim və maşının sürəti daha da çoxalırdı,bir anlıq baxıb maşını dayandırmaq istədim,ancaq çox gec idi.Maşın o tərəfə,bu tərəfə gedirdi.Mən isə onu dayandırmağa çalışırdım,mühərriki işləmirdi və maşın ağaca dəydi…

Röya özündə deyildi.Başından zədə almışdı və komada idi.O da.O gündən halı dəyişmiş və uzun müddət komada qalmışdı.Röyanın simasında izlər çox idi.Həkim heç də yaxşı diaqnoz deyə bilmirdi.Aydan Röyanı həmin gündən gözləyirdi.Heç xəstəxanadan evə getmirdi.Röyanın anası və qardaşı Türkiyədə yaşayırdılar.Qardaşı evli idi,anası isə tək qalırdı.Atası rəhmətə getmişdi.Aydan onların heç birinə xəbər verməmişdi,heç necə verəcəyini də bilmirdi.Ağlamaqdan gözləri şişmiş,yorğunluqda halsız düşmüşdü.O,3 ay,Röya isə 2 həftə idi ki,komada idilər.Təsadüf idimi,yoxsa nə bilmirəm ikisi də eyni palata da idi.

Kamran isə həbsxanada..1 il həbs cəzası verilmişdi adam döyməklə bağlı,ancaq onun komaya düşməsiylə Kamranın cəzası 2 ilə qaldırılmışdı.Çox aqressiv idi.Dəli dərəcəsində idi.

Röyanın halı dəyişdi.Ürək döyüntüləri eşidilmir,nəbzi atmırdı.Aydan tez həkimlərin yanına qaçaraq:

-Onu qurtarın,xahiş edirəm…Yalvarıram.

Tibb bacısı Aydanı sakitləşdirib digər tərəfdə gözləməsini söylədi.

Bu təsadüf deyildi.O komadan ayıldı.Bu nə idi axı,Tanrım?! Komadan ayılan zaman otağın pəncərəsindən Aydanı görüb çağırdı.Aydan öncə fikir vermədi,o daha da qışqıraraq:Aydaaaaan! Dedi.

-Sən nə üçün buradasan?

……..

-Cavab ver,Aydan,susma,Aydaaaan!

-Röya…

-Röyaya nolub,Aydan?

-Röya…Röya komadadır.

-Nə? Necə?

Həmin an dəli olmuşdu,dəli idi də.Sevgisi çox güclü idi və Röyanın komada olduğunu eşidən zaman qollarına,sinəsinə taxılan sistemi çıxarıb,Aydanı da itələyib,tez Röyanın yanına qaçdı.Həkimlər onu bu cür halda görüb çıxarmaq istərkən,o oradakı iynəni əlinə alıb hədə qorxu gəldi.Yaraları hələ təzəcə sağalırdı,sadəcə şikəst idi.Tam ayaqlarının üzərində gəzə bilmir,başında isə problem var idi.Çox böyük zədə almışdı.O heç Kamrana etdiyi şikayəti geri çəkəcəkmi? Heç bilmirəm…

Röyanın yanına yaxınlaşıb,əllərini tutdu.Röyanın ürəyi dayanmışdı…O ağlayırdı,həm də hönkür-hönkür ağlayırdı.Bağıraraq,çığıraraq..Röyanın bir əlini tutmuş,digər əliylə ona sığal çəkmək istəyirdi,ancaq çəkinirdi. Yox,Röyamı incidərəm-deyə söylənərdi içindən…

Röyam,mən çox peşmanam.Nə oldusa da Ayselə görə oldu.Hər şeyi bərbad edən Aysel idi.Mən çox peşmanam.Mən yerində deyiləm,mən heç adam deyiləm ki,mən gedib o qıza inandım.Hə,etiraf edirəm:o mənə dedi ki,sənin Kamranla aranızda nəsə var.Mən inanmalı deyildim,amma inandım.Bəlkə də heç bu cür olmayacaqdı.O gündən mən dəli oldum,onsuz da dəli idim.Səni..Səni incitmək istəmirdim,heç sənə toxunmağa qıymıram.O an mən özümdə deyildi.Səni çox incitdim,sənə çox əzab verdim.Hamısı mənim eqoistliyim,özümdən razılığımın ucbatından oldu.Xahiş edirəm,yalvarıram,məni tək qoyma.Əvvəlki kimi ola bilməsək də,həyata geri dön.Adımı söyləməsən də,yenə də o məsum baxışlarınla bax.Körpə ruhlum,geri dön…Geri dön…

Röya gözlərini açıb,birdən boğulan zaman,titrədi.O çox qorxdu və həkimlər onu çətinliklə də olsa,palatadan çıxarıb,iynə vurub,sakitləşdirdilər.Röya dodağın altında söz söyləyirdi,ancaq halı yox idi.Röya sanki yuxuda idi.Onun söylədiklərini o komada olarkən duymuş və hətta bu cür təsvir olunmuşdu:

Açıq mavi göy üzü idi.Yaşıl çəmənlik və Röya çiçəklərin qoxusunu içinə çəkib,mahnı söylərdi.Ağ rəngli libasda idi.O..O isə Röyanı kənardan izləyirdi.Röyanın yanına gələ bilmirdi,elə bil Röyanın yanına bir az da olsun yaxınlaşmaq da qadağan edilmişdi.Bu sözləri Röya eşitmişdi və tam qarşı-qarşıya.Röyanın geri dönməsini söyləyir və yalvarırdı…Röya isə fikrindən dönmürdü.Tək bir addım var idi.Orada bir gölməçə vardı.Röyanın ayağı o gölməçəyə dəyərsə,Röya həyata geri dönəcəkdi…

Röyanın nəfəsi kəsilirdi..O isə dəli olmuşdu.Dözə bilmirdi.Axı insan sevdiyi insanın gözləri önündə əzab çəkməsinə necə dözə bilər?

10 dəqiqə keçdi…Röyanın ürək döyüntüləri eşidildi..O,o qədər çox sevincli idi ki,sanki həyatında ən böyük möcüzəni əlinə almışdı…Röyanın yanına yaxınlaşdı…Qorxurdumu,çəkinirdimi? Bilmirəm..Hönkür-hönkür ağlayırdı..Mən etdim,mən ölməliyəm,mən çox peşmanam,mən günahkaram deyə-dodaqaltı söylənirdi…Əslində o dodaqlarında deyil,içdən fəryad edərək dünyaya səslənmək istəyirdi…

Həkim xəstənin yanında bu qədər qalmaq olmaz,həm də siz də yeni ayağa qalxmısınız.Yatağınıza uzanıb,dincəlin-dedi.

O gedə bilmirdi..Sanki ayaqları gedirdi,ancaq gözləri onunla,əlləri əlləriylə,qəlbinin döyüntüləri onunla birgə atırdı...Sevmək bu idi..Uzaqdan.

Röya oyandı.Gözlərini açdı.Çox qəmgin idi siması..Təsvir edilməyəcək idi elə bil.Ancaq gözlərində bir ümid çırağı yanırdı.O,Röyanın ən çətin anında yanında idi.Yenə də o..Ayrı olsalar da,uzaq qalsalar da,bir-birlərinə nifrət etsələr də,onlar sevgisi əbədi idi.Onlarınkı bir dostluq sevgisi idi…Biri-birinə vurğun,digəri isə bağlanmış…Qəlbləri susqun kilid kimi idi..Açılmamış,yazılmamış kitablar qədər susqun idi.

Gözlərini çətinliklə də olsa aça bildi.Çox çətin idi..Ağır əməliyyatdan çıxmış və dəhşətli qəza keçirmişdi.Necə ola bilərdi?

Ətrafında heç kəs olmadığını görüb,qorxdu. Aydaaaaaaaan!-deyə qışqırdı.Aydan içəri girən kimi:

-Allahıma min şükürlər olsun ki,sən geri döndün! Aydan Röyanın çiyinlərinə yıxılıb ağlamağa başladı..Röya:

-O…

-Kim?

-O…Bilmirsən elə bil Aydan..

-Bilirəm.O səni görməyə gəlmişdi.Çox təlaşlı idi.

-Heç inanmıram.Inanmaq da istəmirəm…

-Elə demə.Bilirsən,nə qədər ağlayıb,həm də hönkür-hönkür.Bütün taxılan sistemlərini çıxarıb yıxıla-yıxıla da,əzab çəksə də gəlib,əllərini tutub Allaha yalvarırdı..

-Nə danışırsan? Bu həqiqətən elə olub?

-Həm də canlı-canlı.Onun yerinə mən də üzüldüm.Bəlkə barışasan? Gəl,barış.Kamran da həbsxanadadır.O da şikayətini geri çəksin.

-Kamran həbsxanadan çıxmayıb?

-Yox..Sən komada idin,onun vəziyyəti ağırlaşmışdı…Və..Kamranın cəzası 2ilə qaldırıldı.

……

-Röya,bu qədər küsülü qalmaq olmaz,gəlin barışın.Barışmasanız,mən barışdacam.

-Elə şey qətiyyən etmirsən,Aydan! Eşidirsən?

-Axı Röya…

Röya üzünü yana çevirib,yatmaq istəyirəm,çox yorğunam-dedi.Danışmaq istəmirdi.Aydan da onu daha incitməyib,otaqdan çıxıb,işığı söndürdü…









3-cü bölüm

Aydanın dilindən…







O gün…Sanki bir yuxu idi,o nə idi axı Allahım!-söylədim.Allahım,sən Röyanı mənə bağışla deyirdim.Çox stress yaşadım,özümdə deyildim həmin

an.Röyanı orada elə görüncə…Siması heç tanınmırdı.Qollarında,çöhrəsində qanlı yara izləri vardı.Heç unutmaram,onun mənə söylədiyi tək sözü:-Aydan,yaralarım sağalacaq,ancaq qəlbimdəki yara heç sağalmayacaq..Heç unudulmayacaq..O söz məni çox tutmuşdu.Röyanın yanında ağlamamaq üçün dəhlizə çıxdım,hamı mənə baxırdı.Tez özümü toparladım.Həkim söyləmişdi ki,Röyaya stress yaşatmaq olmaz.Əgər o bir daha ya qorxu,ya da stress keçirsə,nəticəni özünüz bilirsiniz.Bu səbəbdən Röyanın yanında sakit olmağa çalışırdım.O? Onun heç adını belə söyləmirdim,çünki daha da pis olduğunu hiss edirdim.Röya mənim üçün çox özəl idi.Tək rəfiqəm,tək sirdaşım o idi.Onu itirsəm,mən dəli olaram.Indi düşünün ki,O necə dəli olar…

Ertəsi gün Röyanı xəstəxanadan çıxarırdım.Bir az çətin idi onun üçün.Yaraları,ağrıları hələ keçməmişdi.O..Tam qarşımıza gəldi və xəstəxanın hamının içində Röyanın onu bağışlaması üçün ayaqlarına qapandı.Bilmirəm,həmin dəqiqələrdə Röya nə hiss etdi.Çox qəribə idi,onun simasına gülümsədi və gözlərindən yaş damlaları axdı.Qolumdan tutdu:-Aydan,qolumu buraxma,tut.Ağlamadı,sadəcə gözündən tək damla axdı..O damla bəlkə də Röyanın gözlərindən axan son damla idi.O gündən sonra Röya ağlamadı…


Artıq həftələr keçmiş,Röya sağalmışdı.Hər zaman olduğu kimi ayaqda və işinin başında idi.Daha da məsuliyyətli,daha da diqqətli idi.Ancaq Röya çox qəribə idi o gündən.Hamıyla danışar,ancaq çox qapanmışdı özünə.Nə qısqanclıqlara,nə də onun paxıllığını çəkənlərə fikir verərdi.Sadəcə çox fikirli və kefsiz idi.Bu təbii ki,Kənan bəyin gözündən qaçmamışdı.Röya hiss etmirdi,ancaq Kamran bəy ona çox ilgi göstərirdi.Böyük rəğbəti var idi və bunu işdəkilərin hər biri hiss etmişdi.Bu səbəbdən də hamı Röyaya paxıllıq edər:Niyə məhz Röya? Axı Röya nə edir ki,hamı onu sevir,heyranlıq duyur? Daha anlamırdılar,bəlkə də anlamaq da istəmirdilər ki,Röya hamınızdan mükəmməl idi…

Röyanın o biri gün işə gələn zaman halı dəyişdi.Röya çox həyəcanlı idi və bu səbəbdən də huşunu itirmişdi.Siz bir bilsəniz,Kənanın necə təşvişə düşməyini.Düzdür,Kənan heç vaxt Röyaya olan hisslərini söyləmədi.Sadəcə kənardan izlər və əzab çəkərdi..

Röya yenidən xəstəxanaya qaldırıldı.Vəziyyəti çox ağır idi.Mən isə yenə ağlayır,nə edəcəyini bilmirdim.Həkim məni sakitləşdirib,otağına gəlməyini söylədi:Sizinlə söhbətim var,Aydan xanım.Röya xanımla bağlıdır.

-Buyurun doktor.

-Məni çox diqqətlə dinləməyinizi xahiş edirəm.Aydan xanım,mən sizə o vaxt da söyləmişdim ki,Röya xanımın vəziyyəti yaxşı deyil.Ona əsəb,stress,həyəcan olmaz.Mən artıq nə qədər dərman yazım? Təcili psixoloqla görüşməlidir.Özünə səhhətində olan problemi söyləməyin,sadəcə pozitiv tutmağa çalışın.

-Doktor,əlinizdən nə gəlirsə,edin.Xahiş edirəm,onu yaşadın.

-Dediyim kimi Aydan xanım,onu pozitiv tutmağa çalışın.

-Nə zaman görüşə bilərik psixoloqla?

-Danışmışam Məryəm xanımla.O sizə zəng edəcək.

-Oldu,təşəkkür edirəm.

-Allah şəfasını versin.


O gündən Röyayla Məryəm xanımın yanında gedib,gəlirdik.1,2 saat söhbətləşib,çıxırdı.Həqiqətən Röya daha səbirli idi.Qorxuları var idi.Söylərdi ki,gecəni kabusla keçirər,demək olar yuxu yatmır.Özü söyləmiş:Yuxu Röyanı tərk etmişdi sanki…

1 həftəyə Kamran həbsxanadan çıxacaqdı.Səbirsizliklə və həyəcanla Kamranın azad olunmağını gözləyirdik.O gün gəldi.Kamran çıxdı,öncə üçümüzdə bir-birimizə çaş-baş qalıb,baxdıq.Sonra qəhqəhə çəkdik.Kamranı həmişəki oturduğumuz kafeyə gətirdik.Röyanın halını görən an çox pərişan idi,ancaq söylədim ki,Röyanın yanında bu cür olmaq olmaz.

-Onu mən görsəm..Edəcəyimi bilirəm-dedi Kamran.Çox əsəbi idi,siması çox qorxunc idi.Onu sakitləşdirərək:

-Kamran,sakitləş.Yaxşı,yaxşı da Röyanın yanında yeri deyil.

-Başıyla “yaxşı”-söyləyib,çayını içməyə davam etdi.

Ah bu azadlıq.Röya,Aydan,sizlər üçün o qədər darıxmışdım.Çox həm də,dostlarım.

-Biz də sənin üçün-anidən Röyayla dedik.

-Röya,işlər necədir? Əminəm ki,yaxşıdır.

-Çox yaxşıdır,artıq daha da uğurlar əldə edirəm.

-Bilirəm dostum,əzizim.

-Artıq çox yorulmuşam,gedə bilərik-dedi Röya.Yenə gərgin idi.Aydan təlaşla:

-Əlbəttə,gəl kömək edim

-Yox,təşəkkür edirəm,Aydan,ehtiyac yoxdur.

Üçü də masadan qalxıb,evlərinə getdilər.

Axşam idi.Röya kitab oxuyurdu.Artıq əvvəlki kimi qorxunc kabuslarla oyanmırdı.Məryəm xanım ona çox köməklik etmişdi.

Masasından qalxıb,pəncərənin qarşısına keçdi.Dərin fikrə dalmışdı ki,bu zaman pəncərəni tıqqılladan göyərçin vardı.Röya xəyallarıyla yaşayırdı elə bil.Sonra anidən diksindi.Tez-tez bu hallar yaşanırdı,əsas da qəzadan sonra.O an Göyərçini görüb,pəncərəni açdı.Göyərçin…Axı Röyanın da adı Göyərçindi…Bu təsadüf idimi,yoxsa..Yoxsa işarə idi bilmirəm.

Göyərçini ovucuna alıb kiçik,kövrək qanadlarına sığal çəkdi.Məktubla gəlmişdi.Çox ağlamışdı kövrək qəlblim,tez məktubu qoyub,getdi.Röya donub qalmışdı.Məktuba baxırdı,ancaq aça bilmirdi.Masasına qoydu.Çarpayısına uzanıb yuxuya daldı.











4-cü bölüm

Dənizdə qeyb olan Göyərçin…














Dalğalı dəniz rüzgarla savaşırdı elə bil..Göyərçinim qeyb olmuş bu dənizdə sanki.Heç səsini duymuram,simasında canlanan təbəssümünü görmürəm.Elə bil kor olmuş gözlərim.Göyərçinim,hardasan? Söyləmirəm..Çox pərişanam deyə sormayın,mən artıq kəfənimi geymişəm əynimə.Adımı söyləməz Göyərçinim.Daha nə olsun? Artıq gözlərimdən axan yaşlar axı nə etsin? Kaş bir yalan yuxu olsaydım,heç görünməzdim…Nə kitablarda,nə bu kainatda varam,yoxam..Mən artıq Göyərçinimsiz heç kiməm.Küçələrdə hönkür-hönkür ağlayan,sərxoş bir bədbəxt adamam.Axı mən kiməm? Heç kim! Heç kiməm..Dağlar da unutmuş məni.Insanlar zatən saymır məni.Saymasın,heç fikir də vermirəm.Bəs Göyərçin? Göyərçinin qəlbində mən kiməm? Adım olmayan məzar daşımıyam,yoxsa…Yoxsa könlündə fəryadla qışqıran qan qusan eşqmiyəm?

O an yuxudan oyandı.Bu kabusmu,yoxsa reallıq idi? Elə bil Röyanın qulaqlarına fısıldayır,gözlərinin önündə söyləyirdi o sözləri.Ancaq bu sadəcə bir kabus idi.

Tez qalxıb,əl-üzünü yudu və otağına gələn an gözü məktuba zilləndi.Beş,on dəqiqə donub məktubu izlədi.Sonra anidən telefonuna mesaj gəldi.O idi…

Röyam,göyərçinim.Sənə bir əmanət çatdırmışam.Onu mütləq oxu..Mən o sərt,zalım dalğaların,göz yaşlarıyla vurub darmadağın edən Röyanı deyil,qəlbimə sürgün edilən Göyərçinimi oradan daima izləyəcəm.Son saatlardan sonra mənim artıq cismim burada ola bilər,lakin qəlbimi öz əllərimlə sənə əmanət edirəm.Salamat qal…Unutma,o məktubu oxu.Mütləq oxu.

Röya dəli olmuşdu.Özündə deyildi.Məktubu aldı.Əlləri əsirdi.Oxumağa başladı.Məktubdakı sözlər pozulmuş vəziyyətdə idi:

-Bilmirəm..Bəlkə də bu son sözlərimdir.Necə yazacağımı da bilmirəm,heç..Heç artıq simana belə baxa bilmirəm.Artıq kim üçün,nə üçün yaşaya bilərəm ki?Siması çiçəklərdən də gözəl,qoxusu saf körpə kimi,əlləri kövrək,ruhunun,qəlbinin mükəmməlliyi qarşısında acizəm.Sadəcə bu son məktubu yazıb,səninlə vidalaşmaq istədim.Artıq mən həmişəlik olaraq gedirəm.Ən şirin uşaqlıq xatirələrimizi özümlə aparıram sadəcə.Səni heç vaxt unutmayacam.Gözlərimin önündə daima o mükəmməl Röya kimi qalacaqsan.Düzdür,artıq gözlərim sənsiz görmür,nitqim belə tutulub,amma…Amma mən o sahildə olacam…Salamat qal,ruhunu ruhumda hiss etdiyim,qəlbimin döyüntülərində yaşayacaq Röyam…Salamat qal…

Röya məktubu hönkür-hönkür ağlayaraq oxuyurdu..Söz tapa bilmirdi və..Və sadacə hazırlaşıb evdən çıxdı.Saat 05:30.Sanki küçələri kiçik körpə kimi həyacanla,çırpınaraq addımlayırdı.

Sahil..Çox qorxunc idi o səhnə…Röya təngnəfəs şəkildə güclə yeriyirdi..Artıq taqəti qalmamışdı. Gəldi..Heç bir səs yox idi..Sadəcə dənizin şiddətli səsi Röyanı qorxudurdu.Heç kimi görə bilmirdi,heç danışa da bilmirdi.Gözlərini qapatdı və “hər şey yaxşı olacaq”-dedi dodaqaltı.Zülmət idi.Sanki fəryad edirdi,amma nəfəssiz…Röya gözlərini aça bilmirdi və o an dayana bilməyib,yerə yıxıldı.Arxadan ayaq səsləri eşidilirdi…Eynən O..Röya axı onu necə tanımaya bilər ki? Gəldi,yaxınlaşdı.Onlar tam qarşı-qarşıya idi.

O Röyaya həyatı boyu toxunmamışdı,onların sevgisi dostluğun,mərhəmətin,Tanrının sevgisi kimi möhtəşəm idi.Hətta inana bilirsiniz,o dənizin fəryad dolu səsi belə lal oldu onların qarşısında.

O..Çox həyəcanlı idi və titrəyirdi.Gözləri o qədər yaşlı idi ki,sanki illər öncəki insan deyildi.Sadəcə Röya onu,O da Röyanı çox yaxşı tanıyırdı.Susdular.Heç bir söz söyləmədən bir-birinə baxdılar.O Röyanın göz yaşlarını silib,saçlarına sığal çəkmək istədi,lakin toxuna bilmədi.Qorxdumu,çəkindimi bilmirəm.Sevgi bu idi.O,Röyanı Tanrının gördüyü kimi görür və hətta itaət edirdi…

Röya gülümsədi,o da gülümsədi.Sadəcə əlini uzatdı və yavaşca Röyanın əllərini tutdu…Röya bu səfər heç bir söz söyləmədi.Eynən Röyanın yuxusu kimi.Tək Röya deyil,hətta o da Röyanın gördüyü yuxunu görmüş və…Və lal olmuşdu..

O Röyaya heç bir söz söyləmədi.Heç məni bağışladın,bağışlamadın da demədi.Sadəcə o sahildə ikisi də əl-ələ dənizin dalğalarına addımladılar…

Final…





Epiloq…

Dəyərli oxucum,bu cür sevgi dastanlarını ancaq nağıllarda,filmlərdə görmüsən bəlkə də.Xeyr,əslində dünyamıza səslənərək,duyaraq,hətta təkid edərək yazmışam.Bu zəmanədə insanların iyrənclikləriylə,cahillikləriylə yaşadığımız dövrdə bir daha onlara dərs vermək və hayqırmaq istədim.Bu povesti sənə həsr edirəm! Istər onları qovuşdur,istərsə də Tanrıya həvalə et.Bu sənin seçimindir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024