Bölgədə sülhün qarantı olan Şuşa Bəyannaməsi
Tarix: 06-07-2021 | Saat: 10:41
Bölmə:Gündəm | çapa göndər
![Bölgədə sülhün qarantı olan Şuşa Bəyannaməsi](/uploads/posts/2021-07/1625553618_p-1.jpg)
Bildiyimiz kimi işğaldan azad olunmuş torpaqlara ilk səfər edən qardaş ölkə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur. Türkiyə liderinin məhz iyun ayında Azərbaycana səfər etməsi bütün dünyanın diqqətini öz üzərinə çəkdi. Beləki, qardaş ölkə başçısının Şuşaya səfəri, səfər zamanı Bəyannamənin imzalanması, Bakıda Milli Məclisin iclasındakı çıxışı və çıxış zamanı səsləndirdiyi mesajlar hələ də dünya ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır. Xüsusilə Şuşa Bəyannaməsi. Bəyannamənin imzalanması üçün məhz Şuşa şəhərinin seçilməsinin də rəmzi mənası var. Belə ki, iki qüdrətli türk dövlətinin prezidentləri bir daha bütün dünyaya mesaj verərək, göstərdilər və bəyan etdilər ki, bu şəhər Azərbaycan torpağıdır. Bu şəhər Azərbaycan şəhəridir. Hər birimizin xatirindədir ki, bu sənəd məhz 15 iyun yəni, Azərbaycanda Qurtuluş günü qeyd olunan gündə imzalandı. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanı dövlət olaraq dağılmaqdan, xəritədən silinməkdən xilas etdi. Həmin dövrdə Azərbaycan ölkə olaraq uçuruma doğru gedirdi, parçalanırdı, dağılırdı və xalqın təkidli istəyi ilə Ulu Öndər Azərbaycanı bu bəladan qurtardı. İndi isə 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Azərbaycan ərazisinin bütövlükdə erməni təcavüzündən xilas olunması sənədləşdirildi, bunun üçün hüquqi baza yaradıldı. Eyni zamanda indi Türkiyə ilə Azərbaycan dövlətləri ərazilərinə kənar müdaxilələrin edilməməyi əbədiləşdirildi.
Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. İki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini tənzimləyən, tarixi sənəd olan Şuşa Bəyənnaməsində həm siyasi, iqtisadi, hərbi həm də humanitar, informasiya mübadiləsi məsələləri də öz əksini tapıbdır. Əslində iki ölkə arasında bu əlaqələr əvvəl də mövcud olub, uzun illər davam edib və davam etməkdədir. Ancaq bu sənədin əsas ürəyi hərbi müttəfiqlik sahəsindədir. Bildiyimiz kimi Türkiyə ilə hərbi sahədə uzun illərdir əməkdaşlığımız var. Xatırlatmaq istərdim ki, hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirirlər. Ölkə başçımız cənab İlham Əliyevin də söylədiyi kimi, hərbi əməkdaşlıq baxımından çox böyük önəmi olan təlimlərin, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük əhəmiyyəti və faydası var. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür . Təkcə 2020-ci ildə Azərbaycanla Türkiyə Ordusu arasında 20-yə yaxın birgə təlim həyata keçirilmişdir. Qarabağ zəfərindən sonra bu ilin ilk təlimləri Qarsda baş tutmuşdur. Bir neçə gün öncə isə Konyada start götürən beynəlxalq “Anadolu Qartalı-2021”uçuş təlimində Türkiyənin, Pakistanın, Qətərin həmçinin NATO-nun təyyarələri ilə yanaşı Azərbaycan şahinləri də iştirak etmişdir.
Ancaq Şuşa Bəyannaməsində belə bir məqam öz əksini tapıb ki, hər hansı üçüncü bir ölkə Türkiyə və Azərbaycanın ərazi bütövlüyünə müdaxilə edərsə hər iki dövlət öz sərhədlərini, ərazi bütövlüyünü qorumaq imkanı əldə edir. Düşünürəm ki, sözügedən Bəyannamənin əsas hissəsi yuxarıda qeyd etdiyim kimi məhz hərbi sahədir. Bu isə Türkiyə-Azərbaycan hərbi əlaqələrində bir yenilikdir. Hərbi müttəfiqliyi özündə əks etdirən bəndə nəzər saldıqda 100 il bundan öncə imzalanan Qars müqaviləsi də yadımıza düşür. Doğrudur, Qars müqaviləsinin statusu daha böyük idi, belə ki, 5 ölkənin: Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan hökümətlərinin nümayəndələrinin imzası ilə təsdiqlənmişdir. Ancaq diqqət etsək görərik ki, Şuşa Bəyannaməsi ilə Qars müqaviləsi nə qədər bir-birinə bənzəsə də bir o qədər də bir birindən fərqlənir. Çünki Qars müqaviləsinin yalnız 3-cü əlavəsi o zamanki deyimi ilə desək Naxçıvan vilayətinin təhlükəsizliyini özündə əks etdirib. Hamımızın bildiyi kimi 1990-cı illərdə işğalçılıq siyasəti aparan Ermənistan onun havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edərkən Naxçıvana qarşı bu siyasəti apara bilmədi. Əgər Ermənistan həmin illərdə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olsa idi, o zaman Türkiyə dövlətinin ora hərbi müdaxilə etmə imkanı yaranacaqdı. 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsində isə bütövlükdə Azərbaycan və Türkiyə dövlətlərinin ərazisindən söhbət gedir. Bu Bəyannamə imkan verir ki, iki qardaş ölkədən birinin ərazisinə hər hansı üçüncü ölkə müdaxilə edərsə digər ölkə hərbi müdaxilə üçün hüquq əldə etmiş sayılır. Qeyd olunanları ümumiləşdirsək söyləmək olar ki, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın güclənməsi bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivi bölgədə sülhün, stabilliyin, təhlükəsizliyin və inkişafın qarantıdır. Beləliklə, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyaclar baxımından çox vacibdir.
Samir Hüseynov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı
Aparatının Hüquq şöbəsinin müdiri
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025