Mobil versiya
Qlobal Bakı Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli bir platformadır
Tarix: 17-03-2025 | Saat: 15:47
Bölmə:Siyasət | çapa göndər

Qlobal Bakı Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli bir platformadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb.

Ölkəmizin başçısı suallara aydın və konkret cavab verərək bəşəriyyətin yeni dünya nizamının qurulması mərhələsinə qədəm qoyduğunu, lakin hələ bu proseslərin transformasiya mərhələsində olduğunu bildirmiş, belə bir mərhələdə isə bir sıra məslələrin hadisələri n gedişində aydınlaşacağını qeyd etmişdir. Cənab Prezident qeyd etmişdir ki, “ birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər.”

Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edən cənab İlham Əliyev bu forumda nüfuzlu siyasi xadimlərin iştirak etdiyini bildirərək beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşür, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasına dair yeni ideyalar irəli sürəcəklər.

Dünya nizamının artıq olmadığını, oyun qaydalarının dəyişdiyini bildirən ölkə başçısı indiki mərhələdə əsas diqqətin yönəldiləcəyi sahələri konkretləşdirərək söyləmişdir: “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək.”

Cənubi Qafqaz regionunda sülhün daimi və dayanıqlı olmasının vacibliyini önə çəkən cənab İlham Əliyev bildirib ki “ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.”

Müharibənin başa çatmasına baxmayaraq Ermənistanla sülh müqaviləsinin olmadığını qeyd edən ölkə başçısı müharibənin yenidən başlamayacağına dair zəmanətin də olmadığını bildirmiş, bunun yeganə zəmanətinin sülh sazişinin olduğunu qeyd etmişdir.

Sonda Bakı Forumunun əhəmiyyətinə bir daha toxunan cənab Prezident demişdir: “Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhval-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.”

Cənab Prezidentin müsahibəsində səslənən fikirlər onu deməyə əsas verir ki, Azərbaycan indiki dünya düzənində izlədiyi strategiyanı davam etdirəcək, regionun lider dövləti olaraq davamlı sülhün əldə edilməsinə öz töhfəsini verəcəkdir.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025