Mobil versiya
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib -Fotolar
Tarix: 17-03-2025 | Saat: 18:57
Bölmə:Gündəm / Parlament | çapa göndər

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Martın 17-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib. İclasın açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova və Valentina Matviyenko salamlama nitqlərində parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Hər iki spiker deputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsində fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxri nişanı təqdim edilib.
Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya öz işini davam etdirib.
Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.
İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası komissiyasının 22-ci iclası başa çatıb.
Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025