Mobil versiya
Kollecdə “Ölkəmizə Xarıbülbül ətirli Bahar gəlir” adlı tədbir keçirildi -Fotolar
Tarix: 17-03-2025 | Saat: 18:19
Bölmə:Təhsil | çapa göndər

Kollecdə “Ölkəmizə Xarıbülbül ətirli Bahar gəlir” adlı tədbir keçirildi

UNEC nəzdində Sosial İqtisadi Kollecdə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə “Ölkəmizə Xarıbülbül ətirli Bahar gəlir” adlı tədbir keçirildi.

aia.az xəbər verir ki, ilk əvvəl Kollecdə təşkil olunmuş Novruz bayramı ilə əlaqədar sərgiyə baxış keçirilib. Sonra Kollecin Akt zalında təşkil olunan tədbirdə Kollecin direktoru Şəhriyar Laçınov çıxış edərək xalqımızın əziz günlərindən biri olan Novruz bayramı münasibətilə təbrik etdi və onlara bol ruzi, ailələrinə əmin-amanlıq, işlərində müvəffəqiyyətlər arzuladı. 
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələr tərəfindən zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan tələbələr tərəfindən böyük coşğu ilə qarşılanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-03-2025