Nəsib Məhəməliyev: "Erməni diasporası tərəfindən satın alınmış Avropalı parlamentarilər götürdükləri öhdəliklər icra etməklə məşğuldurlar"
Tarix: 17-03-2025 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Xəbər verdiyimiz kimi növbəti dəfə Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli bu qətnaməni ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının tərkib hissəsi kimi qəbul etmək olar.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Avropa Parlamentinin "erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı qətnaməsi Günəşin varlığını həyasızcasına inkar etmək kimi bir şeydir:
"Separatçılar publik şəkildə, özləri bir çox cinayətləri etiraf edir, amma onlar görməzdən gəlirlər. Ölkəmizə qarşı bu cür qərəzli qətnamənin qəbul olunması ilk deyil. Tanış mənzərədir. Erməni diasporası tərəfindən satın alınmış Avropalı parlamentarilər öhdəliklərini icra etməklə məşğuldurlar. Ona görə də, heç bir hüquqi əsası olmayan, qərəzli şəkildə qəbul olunmuş qətnamə adi kağız parçası kimi bir şeydir. Bu qətnamə də digərləri kimi Azərbaycan dövlətinə qarşı təzyiq məqsədi daşıyır. Düşünürəm ki, məhkəmə materiallarını Avropa Parlamentinə göndərmək lazımdır. Qoy, himayədarlıq etdikləri separatçıların cinayətlərindən həm məlumatlansınlar, həm də bəhrələnsinlər".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-03-2025