Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər -Fotolar
Tarix: 17-03-2025 | Saat: 15:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matvienkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-si Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Azərbaycan-Rusiya parlamentlərarası üzrə işçi qrupunun rəhbəri Polad Bülbüoğlu və digər rəsmi şəxslər müşayiət ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-03-2025